• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
2017-12-15 | 15:29 |

Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb

 Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şahverdi Babayev Qazaxıstanın müstəqillik günü ilə əlaqədar yüksək fəxri ada layiq görülüb. Soydaşımız bu ölkənin ictimai-siaysi həyatında fəal iştirakına, ölkədə sosial inkişafın gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrə göstərdiyi maddi dəstəyə və digər xidmətlərinə görə “Qazax xalqının adamı” medalı ilə təltif edilib.

Qeyd edək ki, Almatı şəhərinin Karasay rayonunun fəxri vətəndaşı olan Şahverdi Babayev Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına və Qazaxıstandakı Azərbaycan diasporunun fəaliyyətinə də öz töhfələrini verib. Bu xidmətlərinə görə Ş.Babayev 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Bundan başqa, Şahverdi Babayev 2015-ci ildə "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə də təltif olunub. Qazaxıstanda yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədilə yaradılan Qazaxıstan Xalqları Assambleyasına ölkə Prezidenti Nursultan Nazarbayev rəhbərlik edir. 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved