• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib
2017-12-25 | 12:15 |

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə Rusiyanın və Azərbaycanın gənclər birliklərinin nümayəndələri və rəsmi qonaqları iştirak ediblər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, təşkilatın 2017-ci ildə fəaliyyəti barədə məlumat verib.

Emin Hacıyev qeyd edib ki, başa çatmaqda olan il RAGB üçün uğurlu olub. Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirib, Rusiyanın bir çox ictimai birlikləri və ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığı davam etdirib. E.Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Rusiyadakı Azərbaycan icması adından çıxış edən akademik Fazil Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətlərindən danışıb, azərbaycanlı gənclərin Rusiya ictimaiyyətinə inteqrasiya etməsinin vacibliyini vurğulayıb.

Qeyd edib ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə töhfə verir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Azərbaycanın son illər qazandığı uğurlardan söz açıb, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Moskvada keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bir qrup RAGB fəalına fəxri fərmanlar təqdim edilib.

Bayram tədbiri milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam edib.

 

AZƏRTAC





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved