•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
2018-01-16 | 16:26 |

Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib

 Amsterdamın məşhur “The Royal Industrieele Groote Club” klubunda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib.

 Hər il bir ölkəyə səfər edərək, onun mədəniyyətini yaxından tanımaq istəyən klub üzvləri bu il Azərbaycanı seçiblər. Bu münasibətlə klubda keçirilən köhnə Yeni il tədbiri çərçivəsində ölkəmizlə bağlı geniş təqdimat təşkil olunub.

Təqdimat Holland-Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) direktoru Leyla Babayevanın rəhbərliyi ilə hazırlanıb. Azərbaycanın xəritəsi nümayiş olunan zalda tariximiz, mədəniyyətimizə dair kitablar, broşürlər, eləcə də xalça, milli geyimlərdən ibarət sərgi klub üzvlərinə ölkəmizlə ilkin tanışlığa imkan yaradıb.

Tədbirdə Təbrizdən olan azərbaycanlı məşhur opera müğənnisi Reza Ranyazmayın ifa etdiyi Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. “Karavan kultur” ART agentliyinin təsisçisi Elena Xaritonova ölkəmiz haqqında geniş məlumat verib.

Qeyd edək ki, Hollandiya kralı Willem-Alexanderində tez-tez gəldiyi “The Royal Industrieele Groote Club” klubunda hər il yanvarın 13-də köhnə Yeni ilin bayram edilməsi ənənəyə çevrilib. Bu bayram tədbirində Niderland hökumətinin və bu ölkədə akkreditasiya olmuş diplomatik korpusun üzvlərindən, yerli və xarici iş adamlarından, incəsənət xadimlərindən ibarət 300-dən çox klub üzvü iştirak edib.





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved