• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


Berlində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
2018-01-22 | 10:08 |

Berlində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

 Berlin şəhərində Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycan Evinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Anım mərasimini Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirinova giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ramin Həsənov 20 yanvar hadisələri barədə tədbir iştirakçılarını məlumatlandıraraq, həmin dövrdə cərəyan etmiş proseslərə nəzər salıb, hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğurunda apardığı mübarizənin dayandığını bildirib.

O, Azərbaycan xalqına qarşı həyata keçirilən məkrli siyasətin böyük etirazlara səbəb olduğunu, xalqın öz müstəqilliyini dinc yolla tələb etdiyini, əvəzində isə Sovet İttifaqı rəhbərliyinin əmri ilə mülki əhalinin ordu tərəfindən amansızcasına qətlə yetirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan xalqı sovet ordusunun qəddarlığına şücaət və məğrurluqla cavab verərək azadlıq mübarizəsini davam etdirib və çox keçmədən müstəqilliyinə qovuşub.

Ramin Həsənov həmçinin “20 yanvar” hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və Milli Məclisinin 1994-cü il martın 29-da qəbul etdiyi qərarla 20 yanvar hadisələrinin hərbi müdaxilə və cinayət kimi səciyyələndirildiyini bildirib.

Səfir Azərbaycan xalqının azadlığı uğurunda canını fəda etmiş oğul və qızlarını heç zaman unutmayacağını, onların xatirəsini hər zaman sayğı və qürurla xatırlayacağını diqqətə çatdırıb.

Daha sonra “20 yanvar” hadisələrinə dair film nümayiş olunub.

Anım tədbirində Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan tələbələr, gənc tədqiqatçılar və səfirliyin əməkdaşları iştirak ediblər.

 

AZƏRTAC





2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved