• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


İsveçdəki soydaşlarımız 20 Yanvar ərəfəsində yerli siyasətçilərlə görüşüb
2018-01-22 | 10:44 |

İsveçdəki soydaşlarımız 20 Yanvar ərəfəsində yerli siyasətçilərlə görüşüb

 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində İsveç Azərbaycanlıları Konqresinin rəhbərliyi və üzvləri ölkənin iri siyasi partiyaları və hökumət nümayəndələri ilə görüşlər keçirərək onlara qanlı hadisələri əks etdirən kitablar,  sənədlər və müxtəlif materiallar təqdim ediblər.

Görüşlər zamanı İsveç hökumət üzvləri və siyasətçilərinə 20 Yanvar hadisələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıda fövqəladə vəziyyət elan olunub və şəhərə sovet qoşunları yeridilib. Qanlı əməliyyat zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb, 841 nəfər qanunsuz həbs olunub. 

İsveç parlamentinin üzvləri isə öz növbəsində 20 Yanvar faciəsi haqqında xəbərdar olduqlarını, bu hadisələrin Qarabağ münaqişəsi fonunda və yenidənqurma illərində baş verdiyini deyiblər. Həmçinin bildirilib ki, Azərbaycanın müasir tarixində baş verən faciəli hadisələr haqqında faktların yayılması üçün bu cür görüşlərin keçirilməsi çox əhəmiyyətlidir.

Bundan əlavə, İsveç Azərbaycanlıları Konqresi yaxın vaxtlarda Xocalı faciəsi və ümumiyyətlə, erməni təcavüzünün qurbanlarına həsr olunmuş seminar təşkil etməyi planlaşdırır.





2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved