• Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilibAlmaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib
  • Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbBelarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilibTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
  • Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkMoldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
  • Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdıDiaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı


Xəbərlər


Danimarka Vətən Cəmiyyəti 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
2018-01-22 | 10:54 |

Danimarka Vətən Cəmiyyəti 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Danimarka Vətən Cəmiyyəti bəyanat yayıb. Bəyanat BMT Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Komissiyasına, Avropa Şurasına, Danimarka Parlamentinə, Danimarka Baş nazirinə göndərilib.

Bəyanatda deyilir ki, 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən artıq 28 il keçir. Unudulması mümkün olmayan qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Sənəddə haidsələrlə bağlı geniş məlumat verilərək bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib, erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilib, hərbi gəmilərdən çıxarılan desant qrupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləbaran edib, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq muddəaları kobudcasına pozulub, öz hüquqlarının və torpaqlarının müdafisəinə qalxmış çoxmillətli xalqımıza divan tutulub.

Bəyanatda daha sonra qeyd olunur ki, Bakiya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.

Bütün bunları rəhbər tutan bəyanat müəllifləri hesab edir ki, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər mövcuddur: “Göstərilənlərə əsasən ümid edirik ki, beynəlxalq qurumlar və dünya ictimayyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı hadisə insanlıq eleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaqlar.







2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-21 |
2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved