• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


Buxarestdə Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
2018-01-22 | 10:57 |

Buxarestdə Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.

 
Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının idarə heyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
 
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
 
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırladaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduqlarını diqqətə çatdırıblar.
 
Çıxışlarda 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, konstitusiya hüquqlarının bərqərar olunmasını tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsindən bəhs olunub. Faciə zamanı 140-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu cinayətkar əməllərinə qarşı sərt şəkildə etiraz etdiyi, həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi bildirilib.
 
Tədbirdə səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən mətbuat açıqlaması xarici ölkələrin Rumıniyada akkreditə olunan diplomatik korpusa, bu ölkənin dövlət və qeyri-hökumət təşkilatlarına paylanılıb. Bundan başqa, “Agerpres”, “Amosnews” xəbər agentliklərinin internet səhifələrində 20 Yanvar faciəsinə dair məqalələr yerləşdirilib.




2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved