•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıb
2018-01-22 | 16:56 |

Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıb

Benilüks Azərbaycanlıları Konqresində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad olunub. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinə daxil olan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.

Tədbir iştirakçıları 20 Yanvar tarixinin Azərbaycan xalqı üçün ağrılı və hüznlü olduğu qədər şərəfli bir gün olduğunu qeyd ediblər. 150-yə yaxın günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə, 1000-ə yaxın insanın yaralanmasına baxmayaraq, Azərbaycan xalqının öz haqq yolundan geri dönməməsi xüsusi vurğulanıb. Bugünkü müstəqilliyimizin 20 Yanvar şəhidlərinin canı, qanı bahasına qazanıldığı bir daha diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycan xalqı o şəhidlərin sayəsində azad və güclü bir dövlətdə yaşayır.

Diaspor nümayəndələri vurğulayıblar ki, dəfələrlə üzləşdiyi soyqırımı faktları, haqsızlıqlar Azərbaycan xalqını müstəqillik yolundan usandırmayıb, əksinə mübarizlik əzmini daha da gücləndirib: “Bu gün isə biz diaspor olaraq səhidlərimizin ruhunu şad etmək üçün daha çox çalışmalı, dövlətimizi daha yüksək səviyyədə təmsil etməli, düşmənə qarşı daha səmərəli mübarizə aparmalıyıq” – tədbirdə çıxış edənlər belə deyib.

İspaniyanın Barselona şəhərində də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Barselonadakı Azərbaycan Cəmiyyəti ("Azerbaijani Society in Barcelona" - ASB) təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ASB sədri Kərim Kərimov 20 Yanvar hadisələri haqqında danışaraq, müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd edib.

Daha sonra tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, tədbir iştirakçılarından Çiçək Zalova və Nizami Namazov da çıxış ediblər. Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunan videoçarxın  nümayişi ilə başa çatıb.





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved