•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Haaqadakı soydaşlarımız 20 Yanvar şəhidlərini anıb
2018-01-22 | 17:00 |

Haaqadakı soydaşlarımız 20 Yanvar şəhidlərini anıb

Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyi Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib. Dərnəyin ofisində baş tutan anım gecəsində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Daha sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr xatırlanıb. Qeyd olunub ki, həmin gecə keçmiş Sovet İttifaqının qoşun hissələri xəbərdarlıq etmədən Bakı şəhərinə yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların böyük heyətinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.

                                                                                

Anım gecəsində iştirak edənlər deyib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

 





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved