• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


Çexiyadakı soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıb
2018-01-22 | 17:04 |

Çexiyadakı soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıb

Çexiya Respublikası Brno şəhəri Masarik Universiteti pedaqoji fakültəsində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar  anım tədbiri keçirilib. Tədbirdə Masarik Universitetinin professoru Azər Kərimov çıxış edərək  1990-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 20 yanvar Azərbaycanda ümumxalq hüzn günü kimi qəbul olunub və hər il bu tarix Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız tərəfindən qeyd olunur.

1990-cı ildə Sovet ordusunun xəbərdarlıq etmədən Azərbaycan xalqına qarşı hərbi əməliyyatlara başlaması nəticəsində 147 nəfərin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, yüzlərlə insan itkin düşdüyü, 841 nəfərin qanunsuz həbs olunduğu iştirakçıların diqqətinə çatdırılıb. Faciələrlə dolu, qanlı yanvar ayının Azərbaycanın tarixinə qara hərflərlə yazıldığı, bu hadisələr zamanı ölkəsinin müstəqilliyi uğrunda canını fəda etmiş insanların xarirəsinin hər zaman əziz tutulduğu vurğulanıb. Dəfələrlə Azərbaycanda olmuş, Azərbaycanı yaxından tanıyan tarixçi alim Frantisek Capka, professor İvan Meznik, Tomas Cermak, azərbaycanlı tələbələr adından Ləman Əhmədova, Arzu Sadıqov tədbirdə çıxış edərək Azərbaycan xalqının hüznünə şərik olduqlarını bildiriblər.





2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved