•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Qala Yunanıstan-Azərbaycan Cəmiyyəti anım mərasimi keçirib
2018-01-22 | 17:27 |

Qala Yunanıstan-Azərbaycan Cəmiyyəti anım mərasimi keçirib

 20 Yanvar şəhidlərinin xatirəsi Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “Qala” Yunanıstan-Azərbaycan Cəmiyyətində anılıb. Təşkilatın ofisində baş tutan tədbirdə qanlı hadisələrdən bəhs edən film nümayiş etdirilib, cəmiyyət üzvləri ilə dəyirmi masa arxasında müzakirələr aparılıb.

Müzakirələr zamanı 20 Yanvar 1990-ci il tarixində Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğu qeyd edilib. Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyi vurğulanıb.

Çıxış edənlər sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdilmiş vəhşiliklərdən danşıb, bu qanlı faciədə, Mixail Qorbaçov başda olmaqla bütün təşkilatçıların beynəlxalq hüquq normalarına zidd hərəkət etdiyi vurğulanıb. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bötüvlüyü uğrunda həlak olan şəhidlərin heç vaxt unudulmayacağı, hər zaman yaddaşlarda yaşayacağı deyilib.





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved