•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Varşavada 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib
2018-01-22 | 17:40 |

Varşavada 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib

 Polşanın paytaxtı Varşava şəhərində 20 Yanvar faciəsinin anım günü münasibətilə mərkəzi meydan və küçələrdə bu ölkədə fəaliyyət göstərən Polşa Azərbaycanlı Gənclər Şurasının üzvləri tərəfindən məlumatlandırma aksiyası keçirilib.

Aksiyada gənclər şəhər sakinləri və əcnəbi qonaqlara 20 yanvar 1990-cı il tarixinin Azərbaycan xalqı və ölkəmizin suverenliyi üçün əhəmiyyəti haqqında məlumat verib. Mərkəzi küçələrdə yerli ictimaiyyətə bu tarixi əks etdirən broşür və hər kəsə rəmzi xaraker daşıyan qərənfil təqdim edilib. Broşürlarda Varşava sakinlərinə 28 il əvvəl azərbaycanlıların Vətənin azadlığını, milli şərəf və istiqlaliyyətini hər şeydən üstün tutaraq Sovet ordusunun zirehli əsgər və tanklarının qarşısına əliyalın çıxaraq milli azadlıq naminə canlarından keçməsi haqqında məlumat qeyd olunub.

Aksiya zamanı polyakların bir qismi bu tarix və hadisə haqqında məlumatlı olduğunu deyib. Onlar Azərbaycan xalqının müstəqillik mübarizəsini Polşa xalqının keçmiş mücadiləsi ilə müqayisə edərək, parallel və oxşarlıqlar olduğunu deyiblər.

 

 

 





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved