• Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür


Xəbərlər


Pyatiqorskda 20 Yanvar faciəsi anılıb
2018-01-22 | 17:45 |

Pyatiqorskda 20 Yanvar faciəsi anılıb

 Rusiyanın Pyatiqrosk şəhərində yaşayan soydaşlarımız 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anıblar.  “Araz” Azərbaycan İcmasının təşkilatçılığı ilə keçən tədbirdə 120-dən çox azərbaycanlı iştirak edib. Tədbirə Rusiyanın Kislovodsk, Minvod, Moskva şəhərlərindən diaspor nümayəndələri, həmçinin Bakıdan qonaqlar qatılıb.

İclas zamanı  1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində dinc əhaliyə qarşı törədilən qanlı terror aktının acı nəticələrinə nəzər salınıb, baş vermiş faciəsinin   qurbanlarının xatirəsi anılıb. O cümlədən, 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan video çarx  nümayiş olunub. 

 Tədbirdə “Araz” Azərbaycan İcmasının Pyatiqorks şəhəri üzrə  sədri  Qurban Əsədov, təşkilatın Stavropol diyarı üzrə sədr müavini Təhmasib Zeynalov çıxış edərək bildiriblər ki, Sovet ordusunun dinc əhaliyə qarşı törədiyi bu cinayət Azərbaycan xalqının azadlıq əzmini qırmadı, əksinə, xalqı daha da ruhlandıraraq müstəqilliyə qovuşdurdu.

Tədbirdə həmçinin Zərdab rayonun icra başçısı Lütvəli Babayev,təşkilatın  Kislovodsk şəhəri üzrə rəhbəri Asif  Musayev çıxış ediblər. 





2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved