• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


Türkiyənin İzmit şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb
2018-01-22 | 17:50 |

Türkiyənin İzmit şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

Türkiyənin İzmit şəhərində Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb. Mərasimdə dərnək üzvləri, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər. 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub. Daha sonra yanvarın 19-dan 20-nə keçən geçə lentə alınan görüntülərin yer aldığı “20 Yanvar” sənədli filmi nümayiş etdirilib. 

Mərasimi giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan tarixinin qanla yazılmış, qəhrəman səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə hər il yada salındığını xatırladıb və "Qanlı Yanvar" faciəsində qəhrəmancasına şəhid olanların əziz xatirəsinin türk xalqının da qəlbində daim yaşayacağını bildirib.

Tədbirdə çıxış edən "Türk ocakları" Kocaeli şöbəsinin sədri Yücel Alpay Demir Türkiyə Azərbaycan dostluğunun və qardaşlığının zaman – zaman tarixin sınaqlarından keçdiyini deyib: “Biz əsrlərdir əl-ələyik. 28 ildir baş verən faciəni ürəyimizdə yaşadırıq. 20 Yanvar hadisəsi Azərbaycan tarixində faciə olmaqla yanaşı, müstəqillik yolunda bir dönüş nöqtəsi oldu”.

 





2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved