•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Əmmanda İordaniya rəsmiləri ilə görüşüb
2018-01-23 | 14:43 |

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Əmmanda İordaniya rəsmiləri ilə görüşüb

Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyətini İordaniya şahzadəsi Əl Hassan bin Talal, Senatın prezidenti Faisal El-Fayez və Xarici işlər naziri Ayman Safadi qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinə ərəb dünyasının siyasətçiləri ilə yanaşı, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya və Latviyanın keçmiş prezidentləri Boris Tadiç, Petar Stoyanov, Viktor Yuşenko, İvo Yosipoviç, Valdis Zatlers, həmçinin, Çexiya, Bosniya və Herseqovinanın keçmiş baş nazirləri Jan Fişer, Zlatko Laqumciya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov daxildir.

İordaniya rəsmilərilə görüşlərdə əsasən, Fələtin-İsrail sülh danışıqları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verə biləcəyi töhfələr müzakirə edilib. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması Fələstin-İsrail probleminin həllindən keçir. Həmçinin, bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə də fikir mübadilə aparılıb.

Görüşlərdə martın 15-17 Bakıda keçiriləcək VI Qlobal Bakı Forumuna hazırlıq və İordaniya rəsmilərinin Forumda iştirak məsələləri geniş müzakirə olunub.

Qeyd edək  ki, I Qlobal Bakı Forumunda İordaniya Kraliçası Nur, digər Forumlarda isə İordaniya Senatının prezidenti (Taher Masri, Abdelraouf al-rawabdeh, Faisal El-Fayez) senat üzvləri və sabiq başnazilərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Xatırladaq ki, Yaxın Şərqdə dialoqun təşviq edilməsi məqsədilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzini nümayəndə heyətini Kral II Abdulla da qəbul edib.

 





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved