• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil edib
2018-02-06 | 14:54 |

Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil edib

 “College of Europe” Universitetinin Polşanın paytaxtı Varşava şəhərində yerləşən kampusunda keçirilmiş “Cənubi Qafqazın üç ölkəsinin milli günü” tədbirində Azərbaycan da təmsil olunub. Universitetin  tələbəsi, eyni zamanda Polşa Azərbaycan Gənclər Şurasının fəal üzvü Nərgiz Abdullayevanın təşkilatçılığı ilə baş tutran tədbirdə “Azərbaycan şərabları” stendi də yer alıb. Azərbaycanın qədim tarixi, musiqisi, ədəbiyyatı və mətbəxi barədə iştirakcılara geniş məlumat verilib. Daha sonra mədəniyyət proqramı çərçivəsində Azərbaycanın milli mahnılarını ifa edən trio  - “Koscielna/Wypych/Ibadullayev” musiqi qrupu “Sarı gəlin” mahnısını ifa edib.

Tədbirin iştirakçılarına Azərbaycanın Polşadakı Səfirliyinin hazırladığı informasiya xarakterli broşurlar paylanılıb. Həmçinin, ölkəmizin daha yaxşı tanıdılması üçün qonaqlar arasında viktorina keçirilib, Azərbaycan haqqında  müxtəlif videoçarxlar nümayiş etdirilib. Universitetin tələbələrindən ibarət xor  qrupunun ifasında “Ey həyat, sən nə qəribəsən” mahnısı ilə tədbir başa çatıb.






2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved