• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Monteneqro Prezidenti Azərbaycana gələcək
2018-02-19 | 15:37 |

Monteneqro Prezidenti Azərbaycana gələcək

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç iştirak edəcək. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda Filip Vuyanoviçin çıxışı nəzərdə tutulub. Monteneqro Prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə çıxışı planlaşdırılır.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında artıq bir neçə ildir sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq Filip Vuyanoviç  artıq üçüncü dədfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəl 2016 və 2017-ci illərdə  IV və V Qlobal Bakı Forumlarında iştirak edib.

VI Qlobal Bakı Forumunda Monteneqro Prezidenti ilə yanaşı, Albaniya Respublikasının Prezidenti İlir Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının iştirakı gözlənilir. Forumda həmçinin, keçmiş dövlət və hökumət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək qonağın iştrakı planlaşdırılır.

Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə ediləcək.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved