• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
2018-02-23 | 16:34 |

Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı

 Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, İtaliya vətəndaşı olan azərbaycanlı iş adamı Fizuli Məmmədovun İtaliya mətbuatında Xocalı soyqırımından bəhs edən yazısı dərc olunub. F.Məmmədov öz məqaləsində Xocalı soyqırımını bəşəriyyətin utanc yeri adlandırır. O bildirir ki, bu hadisə 100 il bundan əvvəl, yaxud orta əsrlərdə yox, cəmi 26 il öncə bütün dünyanın gözü qarşısında törədilib və XX əsrdə bir şəhərin yer üzündən silinməsi faktı dünya və bəşəriyyət üçün qara ləkə, utanc yeri, eyni zamanda beynəlxalq hüququn dəfn edilməsidir.

Məqalədə daha sonra qeyd olunur ki, hazırda dünya dövlətləri arasında öndə gələn Avropa dövlətləri və cəmiyyətləri beynəlxalq hüququn prinsiplərinə, insan hüquq və azadlıqlarına həmişə həssas yanaşıblar və bu faktora önəm veriblər. Bu səbəbdən də müəllif hesab edir ki, bu cür dəhşətli bir hadisəyə Avropa dövlətləri tərəfindən hələ də hüquqi və siyasi qiymət verilməməsi anlaşılan deyil: “Çünki 1992-ci ilin fevralında 613 Xocalı sakininin yaşam və mülkiyyət hüququ kobud şəkildə pozuldu. Onlar həyatını, torpağını, evini itirdi, insanlıq dramı yaşadılar. Amma buna rəğmən, hələ də beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət görmədilər”.

Xocalının bir gecədə qətlə yetirilən sakinləri haqqında məlumat verən F.Məmmədov Avropaya, eyni zamanda Avropanın öndə gedən dövlətlərindən olan İtaliya dövlətinə, xalqına və mediasına səslənərək bildirir ki, bu hadisəni daim diqqətdə saxlasınlar, mütəmadi olaraq gündəmə gətirsinlər və hüququn yanında olsunlar, bu hadisə hüquqi və siyasi qiymətini alsın ki, bəşəriyyət bir daha belə utanc yaşamasın.

http://www.riverflash.it/wordpress/?p=98780





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved