• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
2018-02-23 | 17:42 |

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib

 Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun IV iclası keçirilib. TDƏŞ Baş katibinin müavini Ömer Kocamanın sədrliyi ilə keçirilən toplantıda Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları Departamentinin rəhbəri Mehmet Köse, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Nəriman Qurbanov, Qazaxıstan Mədəniyət və İdman Nazirliyinin Komitə rəhbərinin müavini Galymzhan Meldeshev və Qırğızıstanın İstanbuldakı Baş Konsulluğunun konsulu Tilek Kozhogulovun rəhbərliyilə üzv ölkələrin diasporla iş üzrə Təmas qrupunun üzvləri iştirak edib. 

Toplantıda, "Türk Şurası 2018-2019-cu illər üçün birgə fəaliyyət Planı", "Türk Şurası Türkdilli Diasporun birgə Fəaliyyət Strategiyası", Türkiyədə keçiriləcək TDƏŞ-ə üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II Forumunun və üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin II görüşünün keçirilməsinə hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Dünyada və regionda cərayan edən hadisələr fonunda Türkiyə və Azərbaycan tərəfinin "Türk Şurası Türkdilli Diasporun birgə Fəaliyyət Strategiyası" layihəsi ilə bağlı rəy və təkliflər müzakirə edilərək qəbul olunub. Türk Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin II görüşünün Türkiyənin evsahibliyi ilə bu ilin aprel-may ayları ərzində keçirilməsi qərara alınıb. "Türk Şurası Türkdilli Diasporun birgə Fəaliyyət Strategiyası" layihəsi Türk Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin II görüşündə imzalanaraq qüvvəyə minəcək. 
Bununla yanaşı, tərəflər Türkdilli diasporlar arasındakı əməkdaşlıq çərçivəsində 2018-2019-cu illər üçün həyata keçiriləcək tədbirlərin Fəaliyyət Planının yekdil fikir bildiriblər. Tərəflər üzv dövlətlərə qarşı qarayaxma, mənfi meyillərə qarşı xalqların arasındakı birliyi, xaricdə yaşayan vətəndaşlarımızın arasındakı əlaqələri gücləndirmək və ortaq dəyərlərimizlə bağlı maarifləndirmə aparılması məqsədi ilə TDƏŞ-ə üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II Forumunun 2018-ci ilin sonu 2019-cu ilin əvvəlində Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunub. 
Toplantı çərçivəsində Türkdilli diasporlar arasında əməkdaşlıq və koordinasiyanın inkişaf etdirilməsi məqsədilə Azərbaycan tərəfinin təcrübəsindən istifadə edərək üzv dövlətlərin türkdilli diasporların məskunlaşma coğrafiyasına uyğun olaraq "Diaspor Atlasının" hazırlanması qərara alınıb. 
 




2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved