• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
2018-02-23 | 17:52 |

Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

 Belarus Azərbaycan İcmaları Konqresi Azərbaycn Respublikasının Belarusdakı Səfirliyi ilə birgə Qomel vilayətinin Svetloqorsk şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Bir dəqiqəlik sükutdan sonra Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Latif Qəndilov tədbiri açaraq bu faciəni unutmamağa  çağırıb, onun bütün azərbaycanlıların birləşməsi, ciddi nəticələr çıxarması üçün bir siqnal olduğunu bildirib. Səfir həmçinin, dünyada Xocalı soyqırımını tanıtmağın hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.

Belarus Azərbaycan İcmaları Konqresi İdarə Heyətinin üzvü Məzahir Yusifov çıxışında uzun illər Xocalı həqiqətləri ilə bağlı fakt və dəlillərin dünyaya çatdırılıması istiqamətində işlərin aparılmasına baxmayaraq, soyqırıma beynəlxalq ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilmədiyini qeyd edib.

Təşkilatın Bobruysk regional bölməsinin rəhbəri Eyyub Yusifov isə çıxışında Belarus sakinləri arasında Xocalı soyqırımı ilə bağlı aparılan təbliğat kampaniyası barədə məlumat verib.

Belarus Azərbaycan İcmaları Konqresinin gənclər təşkilatının üzvü Ülvi İmanov Xocalı soyqırımına gənclərin müasir baxışından danışaraq qeyd edib ki, Belarusdakı azərbaycanlı gənclərqətliamın yerli ictimaiyyətə çatdırılması istiqamətində aktiv iş aparır. 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved