• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Türkiyənin Uşak Universitetində Xocalı soyqırımı qurbanları anılıb
2018-02-26 | 11:21 |

Türkiyənin Uşak Universitetində Xocalı soyqırımı qurbanları anılıb

Türkiyənin Uşak Universitetində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Uşak şəhər təmsilçiliyinin azərbaycanlı tələbələrinin təşkilatçılığı və İNDEX - Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə universitetin müəllimləri, müxtəlif ölkələrdən olan tələbələr, Azərbaycan icmasının nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.

Tədbirə açılış nitqi ilə başlayan Uşak Universitetinin azərbaycanlı tələbəsi, TADEF-in Uşak şəhər təmsilçisi Ramin Seyidov Qarabağda, o cümlədən Xocalıda, Afrində həlak olan bütün şəhidləri yad edərək 26 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərdən və soyqırımından bəhs edib.  

Universitetin Yeni Türkiyə, Uni Aktiv və Afrika klublarının sədrləri çıxış edərək Xocalı faciəsindən danışıb. Erməni hərbi birləşmələrinin Xocalıda törətdiyi cinayətləri barədə ilk dəfə burada eşitdiyini deyən afrikalı təmsilçi belə tədbirlərin Azərbaycan həqiqətlərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra azərbaycanlı tələbələrin panel çıxışları ilə davam edən müzakirələrdə Həsən Qarayev, Günay Quliyeva, Orxan Əkbərli ermənilərin Xocalıda törədiyi cinayətlərdən geniş bəhs ediblər. Onların tarix boyu bəzi ölkələrdə çoxsaylı cinayətlər törətdiyi iştirakçıların diqqətinə çatdırılıb.

 Müzakirələrin sonunda xarici tələbələrin sualları cavablandırılıb. Müxtəlif ölkələrdən olan gənclər Azərbaycanın dünayda haqlı mövqeyindən danışaraq  bu məsələdə  hər zaman Uşakda yaşayan və təhsil alan azərbaycanlıların yanında olduqlarını ifadə ediblər.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved