• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Azərbaycanlı tələbələr Abderidində Xocalı aksiyası keçirib
2018-02-26 | 14:18 |

Azərbaycanlı tələbələr Abderidində Xocalı aksiyası keçirib

 Azərbaycan Cəmiyyətinin üzvü olan Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib. Aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.

Aksiya çərçivəsində yerli sakinlərə və qonaqlara Xocalı soyqırımı və erməni təcavüzü haqqında məlumatların əks olunduğu broşürlar paylanılıb. Onlara Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, müharibənin nəticələri, qaçqın və köçkün problemi, eləcə də bir gecədə məhv edilən Xocalı şəhəri və onun azərbaycanlı sakinlərinin acı taleyi haqqında dolğun məlumat veriblər.

Aksiya beynəlxalq təşkilatlara və dünya dövlətlərinə ünvanlanmış müraciətin oxunması ilə başa çatıb. Müraciətdə Xocalı soyqırmının tanınması və hüquqi qiymətin verilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün təzyiq göstərilməsi tələb edilir





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved