• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Misirdə Xocalı soyqırımının qurbanları anılıb
2018-02-26 | 16:28 |

Misirdə Xocalı soyqırımının qurbanları anılıb

 Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki Səfirliyinin və burada fəaliyyət göstərən “Vətənpərvər”- Azərbaycan Diaspor Təşkilatları Birliyinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Qahirədəki Səfirliyində təşkil edən anım tədbirində səfir Tural Rzayev çıxış edərək 26 il bundan əvvəl Xocalıda mülki əhaliyə qarşı erməni ordusu və onların havadarları tərəfindən törədilən soyqırımından söhbət açıb. O, Xocalı soyqırımına ilk siyasi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili standartlardan bəhs edən səfir, Xocalı soyqırımını törədən qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə vurğulayıb.

Misirdəki “Vətənpərvər”- Azərbaycan Diaspor Təşkilatları Birliyinin rəhbəri Seymur Nəsirov gənclərimizi Xocalı soyqırımının təbliği ilə bağlı sosial şəbəkələrdə daha fəal olmağa çağırıb. O, eyni zamanda gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında daha fəal iştiraka səsləyib. S.Nəsirov, həmçinin, Misir universitetlərində Azərbaycan dilini öyrənən tələbələrlə six əlaqələr quraraq onların vasitəsi ilə də Azərbaycanı təbliğ etməyin əhəmiyyətini qeyd edib.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil olunan fotosərgi ilə tanış olub, sənədli filmə baxıblar.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved