• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


İstanbul Universitetində Xocalı qurbanları anılıb
2018-02-26 | 17:37 |

İstanbul Universitetində Xocalı qurbanları anılıb

 Xocalı soyqırımının 26-cı ildönümü Türkiyənin İstanbul Universitetində təşkil olunan fotosərgi və konfransla anılıb. Türk Dünyası Araşdırmalar Vəqfi, Türkiyə Strateji Analiz Mərkəzi (TÜRKSAM) və Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunan sərgidə Xocalıda yaşanan insanlıq faciəsi və Qarabağda ermənilərin törətdiyi təxribatlarla bağlı fotolar yer alıb.

“Xocalı soyqırımının 26-cı ildönümü və Qarabağ” adlanın konfransda İrak Türkmən Cəbhəsinin rəhbəri Erşat Salihi, Türkiyənin keçmiş millət vəkili Sinan Oğan, Aydınlar Ocağının sədri, professor Mustafa Erkal, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, Nefi Demirçi, media nümayəndələri, akademiklər, QHT təmsilçiləri və digər qonaqlar iştirak edib.

Çıxışına Xocalı və Türkmənelindəki şəhidləri anaraq başlayan Sinan Oğan bildirib ki, fotosərgidəki şəkillərin bir çoxunu qərb jurnalistləri çəkib: “Bu fotoları Avropanın beş böyük şəhərində sərgilədiyimiz zaman adamlar bizdən bu vəhşiliklərin gerçək olub-olmadığnı soruşurdu. Xocalı qətliamı uzaq tarixdə deyil, dünən deyə biləcəyimiz bir zamanda, 1992-ci ildə baş verib”. S.Oğan əlavə edib ki, artıq beynəlxalq ictimaiyyətin bu faciəni öz adı ilə çağırmasının vaxtı çatıb.

Erşat Salihi isə 1924-cü ildə ermənilərin türkmənlərə qarşı həyata keçirdiyi qətliamdan bəhs edib. Kərkük Qalasında ingilis müstəmləkəçiləriylə birlikdə türkmənlərin qətlə yetirildiyini söyləyən E.Salihi türkmənlərin qətliamının sonralar də davam etdiyini bildirib. E.Salihi qətliamların təkrar yaşanmaması üçün görüləcək işlərdən danışıb. Çıxışının sonunda o, “Bir daha Qarabağdakı qətliamlar olmasın” mesajını verib.

TÜRKSAM-ın və TÜRKAZDER sədr müavini Əhməd Gəncəhan Babiş isə Xocalı soyqırımını anmaq, anlamaq və anlatmağın son dərəcə vacibliyini vurğulayıb. Bu sahədə görülən işlərin gücləndirilməsinin əhəmiyyətini qeyd edən Ə.G.Babiş Xocalı soyqırımı törədənlərin hələ də cəzasız qaldığı bir vaxtda Hollandiya parlamentinin uydurma erməni soyqırımı iddialarını qəbul etməsini tənqid edib: “Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Hollandiyada verilən bu qərar beynəlxalq hüququn nə qədər obyektiv çalışdığını göstərməkdədir” - deyə o bildirib. Ə.G.Babis, həmçinin, Xocalıda, Qarabağda yaşananları gündəmə gətirməyin hər bir türkün borcu olduğunu deyib. O, sadəcə Azərbaycanın deyil, Türkiyənin, Türk  Dünyasınn davası olan Xocalı soyqırımının dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Konfransın sonunda Ə.G.Babişin koordinatorluğu ilə ingilis və türk dillərində işıq üzü görən “Qarabağda 3 nəsil 1 soyqırımı” kitabı İrak Türkmən Cəbhəsinin lideri Erşat Salihiyə təqdim edilib.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved