• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Xocalı soyıqırımı qurbanları Moskvada anılıb
2018-02-27 | 14:34 |

Xocalı soyıqırımı qurbanları Moskvada anılıb

 26 fevral tarixində Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı Səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, bir sıra xarici ölkələrin hərbi attaşeləri və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soyqırımı haqqında danışaraq bu faciənin xüsusi qəddarlıqla törədilən əsl soyqırımı olduğunu qeyd edib. Daha sonra çıxış edən Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmasının vacibliyini vurğulayıb. “Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlar Fondunun Ekspert Şurasının sədri Qriqori Trafimçuk çıxışında 26 fevralı Azərbaycanın yeni tarixinin ən faciəli səhifəsi kimi qiymətləndirib.

Mərasimdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin və beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun müraciəti oxunub. Onlar müraciətlərində Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı aktı kimi tanınmasının və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini vurğulayıblar. Tədbir "Qaranlıqdan qaçarkən" filminin nümayişi ilə başa çatıb.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved