• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Xocalı şəhidləri Fransanın Kolmar şəhərində anıldı
2018-02-27 | 14:56 |

Xocalı şəhidləri Fransanın Kolmar şəhərində anıldı

 Azərbaycanın Dostları Assosiasiyası Fransanın Kolmar şəhər meriyası ilə əməkdaşlıq çərçivəsində bu şəhərdə Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Mərasim qətliam qurbanlarının xatirəsinə və xalqlar arasında sülhün bərqərar olmasına həsr olunub.

Kolmar şəhərinin meri Jilber Meyer tədbiri açaraq iştirakçılara Azərbaycanla illərdən bəri davam edən əlaqələr və Kolmar şəhəri ilə Şəki şəhəri arasında imzalanmlş dostluq və əməkdaşlıq Xartiyası barədə məlumat verib. O bildirib ki iki şəhər arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub və bu qardaşlaşma şəhərlər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradıb. Daha sonra Jilber Meyer Xocalı faciəsinin gurbanlarının xatirəsini yad edərək bu haqsızlığa beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə və işğal edilmiş regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Sonra Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Parlamentinin sabiq üzvü Jan-Fransua Mansel səmimi qonaqpərvərliyə görə Kolmar şəhərinin merinə minnətdarlığını bildirib. O, tamaşaçılara faciəli 26 fevral gecəsi barədə məlumat verərək bu tarixin hər bir azərbaycanlı üçün yaddaqalan oldugunu bildirib və hər bir kəsi Xocalını unutmamağa çağırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb. O, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını bildirib. Fevralın 26-nın Azərbaycan tarixinə qara hərflərlə yazıldığını və 26 il əvvəl şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib. O, Xocalı qətliamının təqsirkarlarının cəzalandırılacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını da əlavə edib.

Anım mərasimi skripkaçı Nəzrin Rəşidova və klarnet ifaçısı Səddam Novruzbəyovun müşaiyəti ilə "Chagall" kvartetinin ifasında Azərbaycan və xarici bəstəkarların klassik musiqisindən ibarət konsertlə davam edib. Tədbirdə məşhur fransız bəstəkarı Pier Tilluanın bəstələdiyi Xocalı soyqırımına həsr olunan "Xocalı 613" kompozisiyası da səsləndirilib. Müluz şəhər Simfonik Orkestrinin üzvlərindən ibarət olan "Chagall" kvarteti artıq neçə ildir ki, "Xocalı 613" əsərini London, Paris və digər şəhərlərdə ifa edir. Onlar bu əsərin hər zaman dinləyicilər tərəfindən həyəcanla qarşılandiğını və sevildiyini qeyd ediblər.

Tədbirdə Kolmar şəhər meriyasının əməkdaşları, ictimai siyasi xadimlər və şəhər sakinləri iştirak ediblər. Tədbirin sonunda tamaşaçılara Azərbaycan haqqında kitab və broşuralar, Xocalı soyqırmı haqqında məlumatların əks olunduğu çap məhsulları paylanıb.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved