• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilir
2018-02-27 | 18:54 |

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilir

 Bu gün Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilir. Qurultayın işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov, Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, Azərbaycanın bir sıra aparıcı KİV rəhbərləri və digər qonaqlar iştirak edib.

Forumun açılışında iştirakçıları salamlayan Əli Həsənov müasir Azərbaycanın inkişafının bütün sahələrini, xüsusilə diaspor və medianın fəaliyyətini əhatə edən proqram xarakterli geniş çıxış edib. Natiq 2018-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xatırladaraq, bu hadisə ilə əlaqədar Azərbaycan diasporuna həvalə edilən əsas vəzifələr üzərində ətraflı dayanıb. O qeyd edib ki, yüz il bundan əvvəl İslam və türk dünyasında ilk demokratik cümhuriyyətin elan edilməsi, həmçinin 1991-ci ildə dövlət müstəqilliyinin bərpası XX yüzillikdə Azərbaycan xalqının ən böyük nailiyyətləri olub. Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi və siyasi cəhətdən möhkəmlənib, sosial sahədə böyük uğurlar qazanıb və bu gün Prezident İlham Əliyev Ümummilli Liderin işini uğurla davam etdirir. Bu uğurun başlıca şərti ümummilli birliyə nail olmağımız, Azərbaycan cəmiyyətinin dövlətçilik və “azərbaycançılıq” ideyası ətrafında sıx birləşməsidir.

Əli Həsənov vurğulayıb ki, ümumxalq dəstəyi və birlik olmasa, heç bir dövlətin ömrü uzun ola bilməz. Bu gün Azərbaycanın dünya dövlətləri ailəsində layiqli yer tutması faktı Azərbaycan iqtidarının indiki fəaliyyət kursunun xalq tərəfindən tamamilə dəstəklənməsinə parlaq sübutdur.

Əli Həsənov deyib: “Yubiley ili olan 2018-ci ildə Azərbaycan diasporuna məsul bir vəzifə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və mahiyyəti, barədə dünya ictimaiyyətini daha da maarifləndirmək, habelə erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq vəzifəsi həvalə edilib”. Prezidentin köməkçisi xatırladıb ki, daşnaklar 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. O deyib: “Bu elə bir mövzudur ki, diaspor heç bir halda ona diqqəti azaltmamalıdır”.

Əli Həsənov çıxışının sonunda bu gün, xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, həmçinin Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə uğurları və xarici siyasətdə nailiyyətləri barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması məsələsində media işçiləri qarşısında duran vəzifələrə də toxunub.

         Qurultayın açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə soydaşlarımızın yaşadıqları ölkəyə daha çox inteqrasiyasının əhəmiyyətindən danışıb. O bildirib ki, Avropada azərbaycanlıların yeni nəsli yetişir, azərbaycanlılar çalışmalıdırlar ki, yaşadıqları ölkədə cəmiyyətə daha çox inteqrasiya etsinlər, yeni nəslə daha çox imkanlar yaratsınlar. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dövləti diasporun inkişafına maksimum dərəcədə dəstək verir və bu sahə prezidentin daim diqqətindədir: “Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz vətəni üçün fəaliyyətini gücləndirməlidir”.

         AAK-ın son dövrlər bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayan N. İbrahimov bildirib ki, bu qurultay təşkilatın tarixində yeni bir səhifə açmalıdır: “İndi bizim qarışımızda yeni vəzifələr dayanır. Azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi proseslərə təsir imkanına malik bir gücə çevrilməlidir, Azərbaycan prezidenti də dünya azərbaycanlılarının son qurultayındakı nitqində bu məqamı xüsusi olaraq vurğulayıb. Hesab edirəm ki, biz bu qurultayda yeni dövr üçün fəaliyyətimizin strategiyasını dəqiq müəyyən edəcəyik”.

 Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov isə qurultayda çıxış edərək xaricdəki Azərbaycan diplomatlarının diasporun dəstəyinə ehtiyacı olduğunu qeyd edib.
Səfir deyib ki, diplomatların fəaliyyətində nəticələrin əldə edilməsində diasporun rolu güclü olmalıdır: “Mən xüsusilə Avropadakı diasporumuzu bu məsələdə fəal olmağa çağırıram. Avropa Parlamentində erməni diplomatları deyil, diaspor nümayəndələri danışıqlar aparır. Bu səbəbdən diasporumuz üçün yerli deputatlarla əlaqələrin gücləndirilməsi proirotet məsələ olmalıdır. Azərbaycanın Avropadakı real fəaliyyətini genişləndirməliyik. Bu gün Avropanın bir neçə ölkəsində Azərbaycan həqiqətləri ilə bağlı abidə var, bu, təbii ki, diasporun uğrudur, amma əlaqələrin genişləndirilməsində daha fəal olmalıyıq. Mən açıq deyə bilərəm ki, ermənilərlə mübarizənin dipolmatik, hərbi və eyni zamanda diaspor cəbhəsi var. Diasporun qarşısında ciddi vəzifələr durur”.

Daha sonra AAK-ın Prezidenti Sahil Qasımov geniş hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2017-ci ildəki fəaliyyəti barədə qurultay iştirakçılarına məlumat verib. Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi məqsədilə 2017-ci ildə qitədə 4 yeni diaspor təşkilatının yaradıldığını qeyd eden AAK prezidenti Konqresin V Qurultayından ötən dövr ərzindəki fəaliyyəti, xüsusilə də Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətindəki görülmüş işlər barədə məlumat verib.

Sonra AAK-ın VI Qurultayının Mandat Komissiyası sədrinin məruzəsi dinlənilib.

Qurultay Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə, qurultayın idarə heyətinin hesabatının müzakirəsinə, eləcə də Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş panellərlə davam edir.

Qurultay çərivəsində Azərbaycan diasporunun fəaliyyətinə verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya medallar və fəxri fərmanlar təqdim edilib.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved