• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Litvanın Klaypeda şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb
2018-02-28 | 11:25 |

Litvanın Klaypeda şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb

 "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Litvanın Klaypeda şəhərindəki azərbaycanlıların "Azəris" cəmiyyəti soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib.

Klaypeda şəhərinin Milli Mədəniyyətlər Sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, "Azəris" Cəmiyyətinin sədri Əliağa Məmmədov tədbir iştirakçılarına xalqımızın XX əsrdə yaşadığı ən dəhşətli faciəsi barədə geniş məlumat verib, Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını diqqətə çatdırıb.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünyanın bir sıra ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd edib, Azərbaycan xalqının kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.

Sonra azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərini şahidi, litvalı hərbi jurnalist Riçardas Lapaytis çıxış edib.

Tədbirdə həmçinin, Klaypeda şəhərində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbinin müəlliməsi Rəna Məmmədovanın təşkilatçılığı ilə litvalı musiqiçilər Anastasiya, Natalya və Andrey Vostryakovların ifasında xatirə rekviyemi ifa olunub. Anım mərasimi Heydər Əliyev Fondunun hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb. Sonda iştirakçılara Xocalı faciəsinə aid kitab və broşürlər paylanılıb. Tədbirin iştirakçıları “Xocalı” sözünün yazıldığı xüsusi kompozisiyada 613 ədəd şam yandırıblar. Anım mərasimi yerli kütləvi informasiya vasitəslərində işıqlandırılıb.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved