• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Özbəkistanda yaşayan soydaşlarımız Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar
2018-03-01 | 13:06 |

Özbəkistanda yaşayan soydaşlarımız Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

 Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

 Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra RAMMM-ın sədri Firdovsi Hüseynov Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verib. Bildirib ki, 26 il əvvəl fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni hərbi birləşmələrinin və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə hücumu ilə yer üzündən silinib, qadınlara, qocalara, uşaqlara, hətta körpələrə aman verilməyib.

Sonra o Özbəkistanda yaşayan azərbaycanlılar və RAMMM adından Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Bəyanatını oxuyub.

Bildirilib ki, Bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.

RAMMM sədrinin müavini Mobil Məmmədov, Xocalı faciəsinin şahidi Yusif Əliyev, həmçinin soydaşlarımızdan Qədir Məmmədov, Əjdər Əliyev, İsmayıl Məmmədov və başqaları Xocalı faciəsini törədənlərin bu qanlı əməllərini pisləyib, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıblar.

 

AZƏRTAC





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved