• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Sakaryada Xocalı soyqırımı abidəsi və Qarabağ prospekti istifadəyə verilib
2018-03-02 | 12:16 |

Sakaryada Xocalı soyqırımı abidəsi və Qarabağ prospekti istifadəyə verilib

Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda Xocalı soyqırımı abidəsi və Qarabağ prospektinin açılışı olub.

Tədbirdə çıxış edən Karasu bələdiyyəsinin sədri Mehmet İspiroğlu Azərbaycan ilə Türkiyənin ortaq mədəniyyətə, adət-ənənəyə və siyasi baxışa malik olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından danışan bələdiyyə sədri qeyd edib ki, ermənilər tarixboyu əsassız torpaq iddiaları və dinc insanlara qarşı soyqırımı siyasəti aparıblar.

M.İspiroğlu vurğulayıb ki, ermənilər XX əsrin əvvəllərində Türkiyənin Ərzum və Qars bölgələrində, sonra isə Azərbaycanın Xocalı şəhərində qətliam törədiblər. O, Azərbaycanın və Türkiyənin erməni terrorizminə qarşı birgə mübarizə aparmasının vacibliyini qeyd edib.

Sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış ediblər.

Natiqlər Xocalı soyqırımının bəşəriyyətin qanlı faciəsi olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb. Bildirilib ki, Azərbaycan xalqı bu tarixi, nifrət və barbarlığın qurbanı olan ailələrin iztirablarını heç vaxt unutmayacaq.

Xocalı soyqırımının şahidi, Qarabağ əlili Azər Quliyev o faciəli gecənin dəhşətli anlarından bəhs edib. O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərində uşaq, böyük demədən hər kəsi xüsusi vəhşiliklə qətlə yetiriblər. Xocalı sakinləri ata-baba yurdlarını düşmənə verməmək üçün ən son anadək şəhərdən çıxmadılar. Onlar müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Azər Quliyevin sözlərinə görə, ermənilər qətlə yetirdiyi insanları tanınmaz hala salırdılar. Onların ayaqlarına məftillər bağlayıb tanklarla sürüyüblər.

 

AZƏRTAC





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved