• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Mavriki Respublikasının Prezidenti Azərbaycana gələcək
2018-03-02 | 16:17 |

Mavriki Respublikasının Prezidenti Azərbaycana gələcək

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavriki Respublikasının Prezidenti Amina Qurab-Fakim iştirak edəcək. Bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub.

Mavriki Respublikasının Prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas mərizəçidir.

Qeyd edək ki, biologiya sahəsində alim olan Amina Qurab-Fakim 2014-cü ildən Mavriki Respublikasının Prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurab-Fakim uzun illər göstərdiyi elmi fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən YUNESKO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.

Xatırladaq ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Makedoniya Respublikasının Prezidenti George İvanov, Moteneqro Prezindenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, Türkiyə Respublikasının Xarici işlər naziri Mövlut Çavuşoğlunun da iştirakı gözlənilir. Eyni zamanda, Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved