• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib
2018-03-07 | 12:36 |

Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib. Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova “Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.

Tədbirdə Domodedovo şəhər dairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, “Yedinaya Rossiya” Partiyasının Moskva vilayətindəki nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.

 Belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Ə. Rəhimov Moskva vilayətində Azərbaycan diasporunun fəaliyyətindən danışıb: "Azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Biz, Moskva vilayətində məktəb və uşaq bağçalarının, yaşayış və inzibati binaların inşasında fəal iştirak edirik. Fəxr edirəm ki, Rusiyada öz xalqımı layiqincə təmsil edirəm”.

 

 Qeyd edək ki, Ə. Rəhimov Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarından biridir. Rusiyanın Əməkdar İnşaatçısı olan həmyerlimiz uzun illərdir Moskva vilayətinin Domodedovo şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edir. Ə. Rəhimov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı və "Şöhrət" ordeni, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved