• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Əskişəhərdə "100-cü ilində Azərbaycan Cümhuriyyəti" beynəlxalq konqresi keçiriləcək
2018-03-09 | 14:23 |

Əskişəhərdə

 Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində mayın 26-27-də Əskişəhərdə Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresi keçiriləcək.

Əskişəhər Azərbaycanlılar Dərnəyi, Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜDAM) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) təşkilatçılığı ilə reallaşacaq konqresdə, Azərbaycanın yerli, regional, milli və beynəlxalq səviyyədə mövqeyi dəyərləndiriləcək.

Elmi səviyyəli bu konqres, Azərbaycanın keçmişinə və gələcəyinə mühüm qeydlər əlavə etməklə yanaşı, keyfiyyət baxımından alimlərin işlərinə və araşdırmalarına yüksək səviyyədə töhfə verməyi də qarşısına məqsəd qoyub.

Konqresə “Tarixi və coğrafi baxımdan Azərbaycan”, “Azərbaycanın inzibati və siyasi quruluşu”, “Azərbaycanın iqtisadi quruluşu”, “Azərbaycanın sosial və mədəni quruluşu”, “Azərbaycan təhsili və səhiyyəsi”, “Azərbaycan və türk dünyası”, “Azərbaycan-Türkiyə münasibətləri” və “Beynəlxalq aləmdə Azərbaycan” mövzularında məqalələr qəbul edilir. Məqalələr elmi, məxsusi, heç yerdə təqdim olunmamış və dərc edilməmiş olmalıdır. Konqresə təqdim ediləcək məqalələrin xülasəsi martın 5-dək basvuru@azerbaycan2018.org  elektron ünvanına göndərilməlidir. Xülasələri qəbul edilmiş məqalələrin tam mətni isə aprelin 15-dək göndərilməlidir. Hər bir iştirakçı yalnız bir məqalə ilə qatıla bilər. Məqalələr Azərbaycan, türk və ingilis dillərində yazıla bilər.

Beynəlxalq miqyasda keçiriləcək “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresində təqdim olunacaq məqalələrin kitab halında buraxılması planlaşdırılır.

Konqres haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://azerbaycan2018.org/tr/ 

 

AZƏRTAC





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved