• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Bakıda Prezidentlərin iştirakı ilə Beynəlxalq Kitab Sammiti keçiriləcək
2018-03-09 | 16:42 |

Bakıda Prezidentlərin iştirakı ilə Beynəlxalq Kitab Sammiti keçiriləcək

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində, martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.

Beynəlxalq Kitab Sammiti ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Qəyyumlar Şurasının üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin təşəbbüsü ilə 1-ci Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammitin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır.  Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015)  kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil olunub. 

Builki Beynəlxalq Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, NGBM-in həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Mavriki Respublikasının Prezidenti Əminə Qurib-Fakim, Makedoniya Respublikasının Prezidenti Giorgi İvanov, Xorvatiyanın sabiq Prezidenti İvo Josipovic, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent, ABŞ Konqresinin Kitabxanasında Afrika və Yaxış Şərq Məsələləri üzrə şöbə müdiri Mari Jane Deb, İnternet Arxivinin təsisçisi Brevster Kahle, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar  iştirak edəcək.

Qeyd edək ki, 7-ci Beynəlxalq Kitab Sammiti martın 18-də saat 9.00-da “Fairmont Baku” otelində başlayacaq. 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved