• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


Qlobal Bakı Forumu çərçivəsində "Elm və siyasət" mövzusunda panel müzakirələr keçirilib
2018-03-17 | 16:16 |

Qlobal Bakı Forumu çərçivəsində

Bu gün VI Qlobal Bakı Forumunun növbəti panel iclası “Elm və siyasət” mövzusuna həsr edilib. İclasın moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin mövzunun aktuallığından danışıb. O bildirib ki, mürəkkəb dünyada anlaşmanın əldə edilməsində elmin rolu əvəzedilməzdir. Qarşılıqlı anlaşma və inkişaf üçün elmin faydalarından istifadə etmək vacibdir. Bu, ərzaq təhlükəsizliyinin təmini, səhiyyə, kənd təsərrüfatı və ya mühəndislik sahələrinin inkişafı üçün texnologiyaların, iqlim dəyişikliyinin təsirlərinin dəyərləndirilməsi və digər problemlərin öhdəsindən gəlmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Albaniya Respublikasının sabiq Prezidenti Recep Meydani elm və siyasət arasında bəzi boşluqların mövcud olduğunu bildirib. O vurğulayıb ki, elm siyasətə qarşı çıxarsa cəmiyyətdə bir sıra problemlər yarana bilər. Ona görə də elm adamları da siyasətə töhfə verməlidirlər. Siyasətçilər və alimlər dünyada hökm sürən epidemiyalara, iqtisadi böhranlara qarşı birgə fəaliyyət göstərməlidirlər. Ancaq bu halda səmərəli nəticə əldə etmək olar.

ABŞ dövlət katibinin elm məsələləri üzrə sabiq müşaviri xanım Nina Federoff dünya əhalisinin qida təminatından danışıb. Elm və siyasət arasında fərqləri şərh edən N.Federoff bildirib ki, siyasətçilər bir çox hallarda cəmiyyətin inanclar sisteminə fikir vermirlər. O deyib: “Gələcəkdə qida təminatı ilə bağlı problemlərlə üzləşə bilərik. Bu məsələ aktuallığını saxlamaqdadır və hələ ki, həll olunmayıb”.

Beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin, qadın elm adamlarının sayının artırılmasının vacibliyini bildirən Dünya Elmlər Akademiyasının sabiq icraçı direktoru Məhəmməd Həsən bildirib ki, ölkələr arasında elmi əlaqələr siyasi münasibətlərə də müsbət təsirini göstərə bilər. O deyib: “Qaçqınlar arasında da elm adamları, siyasətçilər var, onlar tapılmalı, üzə çıxarılmalıdır. Ola bilsin ki, onlar elmi diplomatiya sahəsində əvəzsiz adamlardır”.

Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin sabiq prezidenti Aleksandr Likhotal elm ilə siyasət arasındakı əlaqələrin tarixindən danışıb. O qeyd edib ki, elm insanların bütün suallarına cavab tapmalıdır.

“Əslində elm və siyasət ayrı deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, onlar arasında son dərəcə güclü əlaqə mövcuddur. Elm və siyasət adamları birgə məsuliyyət daşıyırlar. Elmi akademiyalar müasir əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır”. Bu fikirləri isə Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku söyləyib.

İnternet Arxivinin təsisçisi, İnternet Arxivi Federal Kredit İttifaqı və “Alexa”nın təsisçisi Bryuster Keyl dünyada internet məkanında təhlükəsizlik məsələlərinə dair fikirlərini bölüşüb.

Panel iclas müzakirələrlə davam edib.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved