• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


Diaspor rəhbərinə "Tərəqqi" medalı təqdim edilib
2018-03-17 | 16:20 |

Diaspor rəhbərinə

         Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə təltif olunan Ukraynanın Nikolayev vilayətindəki Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Əliyev Yunus Dəmir oğluna “Tərəqqi” medalı təqdim olunub. Dövlət mükafatını Yunus Əliyevə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təqdim edib və diaspor rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb. Yunus Əliyev isə öz növbəsində onun fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısına minnətdarlığını bildirib və bundan sonra diasporun inkişafında daha böyük həvəslə çalışacağını əlavə edib.

Uzun illərdir Ukraynada yaşayan həmyerlimiz xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə bu mükafata layiq görülüb. Qeyd edək ki, Yunus Əliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə Ukraynanın Nikolayev vilayətinin Besarabka kəndində 416-cı Taqanroq Azərbaycan diviziyasının xatirəsinə abidə kompleksi ucaldılıb.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved