• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


Berlində soydaşlarımızın həmrəylik aksiyası keçirilib
2018-04-11 | 11:16 |

Berlində soydaşlarımızın həmrəylik aksiyası keçirilib

 Almaniyada yaşayan soydaşlarımız bu gün Berlində, Azərbaycan Respublikasının səfirliyi qarşısında həmrəylik aksiyası keçiriblər. Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Əllərində Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları, Azərbaycana dəstək, antimilli qüvvələrin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov ölkəmizin inkişafı, ildən-ilə beynəlxalq aləmdə nüfuzunun artması ilə fəxr etdiyini vurğulayıb. O, eyni zamanda, bu uğurlu siyasətə qısqanclıqla yanaşan müəyyən dairələrin son zamanlar apardığı anti-Azərbaycan kampaniyasının təəssüf doğurduğunu qeyd edib. Avropadakı bəzi soydaşlarımızın bu çirkin təbliğat kampaniyasına qoşulmasını və onlardan istifadə olunmasını pisləyən diaspor rəhbəri aksiya iştirakçıları adından onların bu fəaliyyətinə etirazını bildirib. O qeyd edib ki, harada yaşamasından və kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı “Azərbaycan” adını uca tutmalı, vətəninə, ölkəsinə hörmət və sevgi nümayiş etdirməlidir.

Mitinqdə çıxış edən AAK-ın İdarə Heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini Elsevər Məmmədov soydaşlarımızı birliyə, həmrəyliyə çağırıb. E.Məmmədov da Avropa ölkələrindəki bəzi soydaşlarımızın Azərbaycanın dövlətçilik maraqlarına, milli mənafelərinə qarşı yönəlmiş fəaliyyətini pisləyərək, onların Azərbaycanın adına, imicinə xələl gətirmək cəhdlərini qınayıb və məqsədlərinə nail ola bilməyəcəklərini vurğulayıb.

Aksiyada çıxış edən Bonndakı Alman Azərbaycan Cəmiyyətinin sədri Naibə Hacıyeva, Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Faiq Məmmədov, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay və başqaları Avropadakı antimilli qüvvələrin təhqir dolu çıxışlarına etirazlarını bildirərək, onları bütün soydaşlarımız adından danışmaqdan, təhqirdən və nalayiq ifadələr işlətməkdən çəkinməyə, azərbaycançılıq ideyası ətrafında birləşərək bütün səyləri Azərbaycan dəyərlərini, həqiqətlərini təbliğ etməyə səsləyib. İştirakçılar “Hər zaman hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq!”, “Bizim gücümüz birliyimizdədir!”, “Azərbaycan qürurumuzdur, qürurumuza toxunmayın!”, “Təhqir acizlərin son silahıdır!”, “Azərbaycanın dövlət simvollarını təhqir edənlərə ar olsun!” kimi şüarlar səsləndiriblər.

İki saatdan artıq davam edən aksiya insidentsiz başa çatıb.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved