•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
2018-04-20 | 11:39 |

Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb

 Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropadakı soydaşlarımız adından  Dağlıq Qarabağda, qoşunların təmas xəttində Ermənistan tərəfindən son günlər törədilən insidentlə bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb.

         Bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusu qoşunların təmas xəttində təxribatların sayını artırıb və bu, qitədə yaşayan azərbaycanlıları ciddi narahat edir: “Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 27 yaşlı Rahim Hacıyev öz əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresini, Avropada yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.

Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edən soydaşlarımız onları israrla təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya susmaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması, təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan ordusunun Azərbaycanın daha neçə-neçə dinc sakininin qətlə yetirməsinə səbəb olur” – bəyanatda belə deyilir.

 





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved