•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunub
2018-05-16 | 10:31 |

Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunub

 Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı, Danimarka Vətən Cəmiyyətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin  dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi qeyd edilib. “Dünya Türk Günü”  adı ilə baş tutan tədbirdə Türkiyənin Danimarkadakı səfiri Uğur Kənan İpək, Avropa Türk Federasiyasının sədri Camal Çetin, Danimarka, Almaniya, Isveç və Norveçdə fəaliyyət göstərən cəmiyyət rəhbərləri, yerli və türk iş adamları, media nümayəndələri, türkmənlər, uyğurlar və başqa icmaların təmsilçiləri iştirak edib.

Gecədə çıxış edən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcudluğu və süqutu haqqında qonaqlara məlumat verib. O, eyni zamanda Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu xatırladaraq azərbaycanlıların hər zaman türklər və türkdilli xalqların yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, Kopenhagenin ən böyük salonlarından birində təşkil olunan gecədə 1200 nəfərdən çox qonaq iştirak edib. Təbridə Türkiyədən   dəvət   edilmiş müğənnilər -  Mustafa Yıldızdoğan,   Gökhan   Təkin,   Cafər   Altun,   Fatih   Məhtər   Takimi   və Bakıda olan rəqqasələr qonaqlara Azərbaycan və türk musiqiləri, rəqsləri təqdim ediblər. 





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved