•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


Xəbərlər


İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti 100 illiyi geniş qeyd edilib
2018-05-16 | 12:23 |

İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti 100 illiyi geniş qeyd edilib

 Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbul Maltepe Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı”nın açılışı olub. Mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, Azərbaycan parlamentinin deputatları Nizami Cəfərov, Adil Əliyev, Musa Qasımlı, diplomatlar, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, İstanbuldakı soydaşlarımız və media təmsilçiləri iştirak ediblər.

Parkın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra  Maltəpə Bələdiyyəsinin sədri Ali Kılıç, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış edib.

Uzun illər Almaniyadakı türk icmalarına rəhbərlik etdiyini, eləcə də Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlığını qürurla xatırlayan Ali Kılıç bildirib ki, parka “Azərbaycan Xalq Cümhuriyyəti” adının verilməsi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin bəhrəsidir.

Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və ölkəmizin inkişaf strategiyası barədə müəyyən etdiyi siyasətin nəticələrindən bəhs edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da uğurla davam edəcəyini ifadə edib.

Çətin tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) keçdiyi yola nəzər salan Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev isə XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunması, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müstəqilliyimizin qorunması istiqamətində qəbul etdiyi siyasi qərarların mahiyyətindən danışıb.  

Qeyd edək, ümumi sahəsi 36 min m²-dən çox olan parkın böyük hissəsini yaşıllıq zonası təşkil edir. Parkda bütün yaş qruplarının istirahət üçün  hər cür şərait yaradılıb.

Parkın açılışından sonra Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçirilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə Azərbaycanın Əməkdar Rəssamı fəxri adına layiq görülmüş Rəhim Məmmədova və Azərbaycanın Əməkdar Artisti adına layiq görülmüş Turan Manafzadəyə dövlət mükafatları təqdim edilib. Mükafatları səfir  Xəzər İbrahim təqdim edib. Sərgi on gün davam edəcək.

Türkan Saylan Mədəniyyət Mərkəzində isə Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfransda professor Aygün Əttar və Milli Məclisin deputatı Musa Qasımlının çıxışları dinlənilib.

Tədbir çərçivəsində AXC qurucularının həyatda olan varisləri -  Ə.Hüseynzadənin qızı Feyzavər Turan  Alpsar, Cavad xanın nəticəsi Leyla Keykurun, Hüseynqulu xanın nəvəsi Kərim Mehmetzadə, Ə.Topçubaşovun nəvəsi Gülnarə Kürdəmir, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin direktoru Nazan Ölçer, AXC-nin daxili işlər naziri Mustafa Vəkiloğlunun qohumu İbrahim Yıldırım, İrəvan xanın nəvəsi Turhan Tuqut və başqaları Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif ediliblər.

 





2018-05-24 |
2018-05-24 |
2018-05-24 |
2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved