• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Laçının işğalından 26 il ötür
2018-05-18 | 11:03 |

Laçının işğalından 26 il ötür

Azərbaycanın qala qapısı sayılan Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il keçir. İşğal nəticəsində 1835 kv.kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi,65 min laçınlı doğma yurd yerlərindən didərgin düşdü.1992-ci ilin mayında Ermənistan Silahlı qüvvələri Qarabağın Dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün yuxarı Qarabağ işğal etdi. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın Dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başladı. Şuşa kimi Laçın da mühüm hərbi –strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düşmən mayın 13 –ü və 14 –də zirehli texnikalar, Mi -24 vertolyotlarının müşayiəti ilə Qayğı qəsəbəsi və laçın şəhərini bombardman etdi.

Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 1835 kv. kilometr ərazi işğal olundu.262 nəfər həlak oldu,67 nəfər itkin düşdü,48 sənaye,63 kənd təsərrüfatı müəssisəsi ,217 mədəniyyət ,103 təhsil,142 səhiyyə ocağı dağıdıldı, talan edildi.65 min laçınlı doğma yurdlarından didərgin düşdü. Bu gün Respublikamızın 58 şəhər və rayonunda məskunlaşan laçınlılar dövlət qayğısı ilə əhatə olunublar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Lakin laçınlılar doğma yurd yerlərinin həsrəti ilə yaşayır və erməni işğalına son qoyulacaq günü səbirsizlikə gözləyirlər Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti isə yalnız ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra olduğu kimi dünyaya çatdırıldı. Bu gün həmin siyasətin davamlı olması nəticəsində artıq dünyada diplomatik mənzərə bütünlüklə Azərbaycanın xeyrinə dəyişib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzu və hərbi qüdrəti Laçının ,o cümlədən işğal altında olan digər ərazilərimizin azad olunmasına əminlik ifadə edir .





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved