Axtarış

Arxiv




Xəbərlər
ABŞ-IN NÜFUZLU CNN TELEKANALINDA AZƏRBAYCAN HAQQINDA NÖVBƏTİ REPORTAJ YAYIMLANIB

ABŞ-IN NÜFUZLU CNN TELEKANALINDA AZƏRBAYCAN HAQQINDA NÖVBƏTİ REPORTAJ YAYIMLANIB 

AzərTAc bildirilir, ABŞ-ın nüfuzlu “CNN International” telekanalı iyulun 12-də Azərbaycana həsr edilmiş reportaj yayımlamışdır. Bu televiziyanın "World View" xəbər verilişində Azərbaycanın ANS telekanalının hazırladığı və ölkəmizin iqtisadi inkişafından bəhs edən sujet çoxmilyonlu beynəlxalq auditoriyaya çatdırılmışdır. Verilişdə bütün dünyanı qlobal maliyyə böhranının bürüməsi fonunda Azərbaycanın ötən ili iqtisadi artımla başa vuran azsaylı ölkələrdən biri olması xüsusı vurğulanmışdır. Bundan əlavə, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi sürətlə inkişaf edən özəl sektorun timsalında nümayiş etdirilmişdir. Telereportajda Bakıdakı “Sədərək” ticarət mərkəzinin yalnız Azərbaycanın deyil, bölgənin digər ölkələrinin iş adamları üçün də alış-veriş nöqtəsinə çevrilməsi, paytaxtda aparılan irimiqyaslı abadlıq və quruculuq işləri, yeyinti sənayesinin sürətli inkişafı vurğulanmış, sahibkarlarla müsahibələr nümayiş olunmuşdur. Verilişin müəllifi jurnalist Sevinc Osmanqızıdır.
“World View” proqramı CNN kanalında ən uzunömürlü xəbər proqramlarından biri olaraq 1987-ci ildən efirdədir. 1998-ci ildən indiyədək proqram Azərbaycan haqqında mütəmadi olaraq verilişlər hazırlamışdır. Mövzular arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı, 20 Yanvar faciəsi və zaman-zaman xalqımızın başına gətirilmiş digər müsibətlər üstünlük təşkil etmişdir. Bu mövzular Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına şərait yaratmışdır. \"\".

ƏSAS SƏHİFƏYƏ QAYIT 





2010-09-07 |
2010-09-03 |
2010-09-03 |
2010-09-03 |
2010-09-03 |
2010-09-02 |
2010-09-01 |
2010-09-01 |
2010-08-30 |
2010-08-30 |





















Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reseved