Axtarış

Arxiv




Xəbərlər
AZƏRBAYCAN MİLLƏT VƏKİLLƏRİ OSLODA AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

AZƏRBAYCAN MİLLƏT VƏKİLLƏRİ OSLODA AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR 

 
Norveçin paytaxtı  Oslo şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 19-cu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri-Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev, Fazil Mustafa, Eldar Ibrahimov Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) idarə heyəti ilə də görüşüblər. Görüşdə təşkilatın sədri Ramil Əliyev Azərbaycan icmasının Norveç cəmiyyətindəki mövqeyi və rolundan, eyni zamanda NAYO təşkilatının iki ölkə arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib. O bildirib ki,  Norveçdə Azərbaycan tarixinin, mədəniyyətinin, ölkəmizin bölgədəki siyasət və iqtisadi inkişafında getdikcə artan rolunun tanıdılması, təbliğ olunması ilə bağlı mühüm tədbirlər və elmi layihəlir həyata keçirilir. Ramil Əliyev deyib ki, Norveçdə fəaliyyət göstərən gənclər təşkilatıının üzvləri ilə Azərbaycanın millət vəkillərinin görüşməsi bizi çox sevindiri və xoş təəssürat yaradır. “Bu dövlətimizin bizlərə göstərdiyi diqqətdir və belə görüşlər bizi Norveçdə gələcəkdə Azərbaycanla bağlı daha geniş miqyaslı layihələr həyata keçirmək üçün istiqamətləndirir və həvəsləndirir”. NAYO sədri belə deyib.
Görüşdə Azərbaycan dövlətinin gənclərə daima diqqət və qayğı göstərməsindən danışan Milli Məclisin sədr müavini Bahar Muradova və digər millət vəkilləri NAYO kimi fəal təşkilatların Avropada Azərbaycanla bağlı informasiya boşluqlarının doldurulmasındakı müsbət rolundan danışıblar. Həmçinin, nüməyəndə heyəti xaricdə yaşayan hər bir azərbaycanlıya, eləcə də NAYO-nun üzvlərinə yaşadıqları ölkələrin ictimaiyyətinə inteqrasiya etmələrini və cəmiyyətlərdə müəyyən nüfuz, mövqe sahibi olmalarını tövsiyə ediblər. \"\"
 




2010-09-07 |
2010-09-03 |
2010-09-03 |
2010-09-03 |
2010-09-03 |
2010-09-02 |
2010-09-01 |
2010-09-01 |
2010-08-30 |
2010-08-30 |





















Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reseved