Axtarış

Arxiv




Xəbərlər
NİDERLANDLI MƏKTƏBLİLƏR AZƏRBAYCAN MƏKTƏBİNƏ BRAYL ÇAP APARATI HƏDİYYƏ EDİBLƏR

NİDERLANDLI MƏKTƏBLİLƏR AZƏRBAYCAN MƏKTƏBİNƏ BRAYL ÇAP APARATI  HƏDİYYƏ EDİBLƏR 

İyulun 23-də Hollandiyadakı “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin təşəbbüsü ilə Almaniyanın Valkenburq bələdiyyəsinin Heiliq Hart Sibbe orta məktəbində tədbir keçirilib. Cəmiyyətin rəhbəri İradə Uluxanlı DİDK-nin mətbuat xidmətinə  bildirib ki, tədbirdə Heiliq Hart Sibbe məktəblilərinin təşkil etdikləri aksiyalarin nəticələri müzakirə olunub, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin məktəbliləri üçün alınmış “Brayl” çap aparatı nümayiş etdirilib. 4200 avro dəyərində çap aparati İsveçin “Worldvision” firması tərəfindən istehsal edilib. Heiliq Hart Sibbe məktəblilərinin xeyriyyəçilik addımı tədbirdə iştirak edən “Heuvelland actueel”, “Dagblad de Limburger” ve “Limburgs Dagblad” qəzetlərinin nümayəndələri alqışlayıb, həmin qəzetlərin səhifələrində bu barədə geniş materiallar dərc olunub. Sözügedən orta məktəbin 10 şagirdi iyulun 26-da Azərbaycana gələcək. Səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından taniş olmaqdır. Qonaqlar çap aparatını iyulun 27-də Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəzdindəki məktəbə təqdim edəcəklər.
 




2010-09-07 |
2010-09-03 |
2010-09-03 |
2010-09-03 |
2010-09-03 |
2010-09-02 |
2010-09-01 |
2010-09-01 |
2010-08-30 |
2010-08-30 |





















Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reseved