• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ ''VƏTƏN ÖVLADI'' ORDENİ İLƏ TƏLTİF OLUNUB
2011-02-10 | 16:43 |

MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ ''VƏTƏN ÖVLADI'' ORDENİ İLƏ TƏLTİF OLUNUB

 

“Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu “Vətən övladı” ordeni ilə təltif ediblər. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib.
Ordeni Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təqdim etmək üçün “Dədə Qorqud” Fondunun Ağsaqqallar Şurasının sədri Rəhim Sultanov və Avrasiyada tanınmış “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının Baş redaktoru Eldar İsmayılov Kişinyovda olublar.
Eldar İsmayılov Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun bu ordenə xeyriyyəçilik fəaliyyətinə, dostluq münasibətlərinin, əməkdaşlığın, milli mədəniyyətlərin yaxınlaşması və qarşılıqlı bəhrələnməsinə verdiyi əhəmiyyətli töhfə, eləcə də məhsuldar ictimai fəaliyyətinə görə layiq görülüb.
Vüqar Novruzov onun fəaliyyətinə bu cür yüksək qiymət verilməsindən şərəf duyduğunu bildirib. “Mənim və Konqresin fəaliyyətinə bu cür yüksək qiymət verilməsi mənim üçün böyük şərəf, Azərbaycan və Moldova xalqlarının maraqları naminə yorulmadan xidmət etmək işində daha böyük nailiyyətlərin əldə edilməsi üçün ciddi stimuldur”, - deyə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov qeyd edib.
Vüqar Novruzov 1962-ci ildə Azərbaycanda anadan olub. 1980-ci ildən Moldovada yaşayır. 1988-ci ildə Kişinyov Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1992-ci ildən bizneslə məşğuldur, “Aztol Company” şirkətinin Baş direktorudur və 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. O Moldova Respublikasının dövlət mükafatı «Gloria Muncii» ordeni və Moldova Respublikası Hökumətinin II dərəcəli Diplomu ilə təltif olunub. Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinin bilavasitə iştirakı sayəsində Moldovada böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, Kişinyov şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Komrat şəhərində dünya ədəbiyyatının görkəmli klassiki Mixay Yemineskuya abidələr ucaldılıb. Konqres Moldovada yaşayan bütün azərbaycanlıların birləşməsində, iki ölkə xalqları arasında əlaqələrin genişlənməsində, Moldovanın polietnik xalqının birliyinin möhkəmlənməsində və həmrəyliyində mühüm rol oynayır.  
“Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalı Moldova Elmlər Akademiyası Universitetinin rektoru, genetika və molekulyar biologiya sahəsində tanınmış alim, professor, Moldova Elmlər Akademiyasının müxbir üzvü, doktor habilitat Mariya Vasilyevna Duku da ordenlə təltif edib. Mariya Vasilyevna Duka Moldova ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə, Moldovanın elmi-tədris potensialının gücləndirilməsinə, milli təhsilin nüfuzunun yüksəlməsinə verdiyi töhfəyə və çoxillik humanitar və xeyriyyəçilik fəaliyyətinə görə “Mehriban ana” ordeni təqdim olunub.  
 




2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved