• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Xəbərlər


DANİMARKA AZƏRBAYCANLILARI FARİZ BƏDƏLOVUN ÖLDÜRÜLMƏSİ İLƏ BAĞLI BMT BAŞ KATİBİNƏ VƏ ÖLKƏ PARLAMENTİNƏ MÜRACİƏT EDİBLƏR
2011-03-14 | 15:06 |

DANİMARKA  AZƏRBAYCANLILARI FARİZ BƏDƏLOVUN ÖLDÜRÜLMƏSİ İLƏ BAĞLI BMT BAŞ KATİBİNƏ VƏ ÖLKƏ PARLAMENTİNƏ MÜRACİƏT EDİBLƏR

 

Danimarka Azərbaycanlılarının “Vətən” Cəmiyyəti 9 yaşlı Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən güllə ilə başından vurularaq öldürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Muna və Danimarka Parlamentinə məktubla müraciət edib.
Məktubda 9 yaşlı Fariz Bədəlovun öz evinin həyətində oynadığı vaxt Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmuş Şıxlar kəndidən Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən başından güllə ilə vurulduğu, xəstəxanaya çatdırılmasına baxmayaraq onun həyatını qurtarmağın mümkün olmadığı bildirilir.
Müraciətdə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən sonra başlanıb. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20%-ni işğal ediblər.
1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında saziş imzalanıb və hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
Məktubda Ermənistanın Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etmədiyi vurğulanır.
Müraciət müəllifləri qeyd edirlər ki, erməni tərəfinin atəşkəsi pozması artıq heç kəsdə təəccüb doğurmur. Təkcə ötən ay ərzində Ermənistan hərbi birləşmələri atəşkəs rejimini 50 dəfədən artıq pozmuş, bunun nəticəsində iki nəfər Azərbaycan əsgəri həlak olmuş, iki nəfər də yaralanmışdır. Yanvar ayında da eyni sayda əsgər həlak olmuş və yaralanmışdır.
Nə qədər acınacaqlı olsa da cəbhə xəttində əsgərlərin həlak olması gözləniləndir, lakin uşağın snayper tərəfindən öldürülməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki durumdan asılı olmayaraq, yolverilməzdir.
Biz BMT-dən xahiş edirik ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxması üçün Ermənistana təzyiq göstərsin.
 
 




2017-07-20 |
2017-07-20 |
2017-07-17 |
2017-07-17 |
2017-07-13 |
2017-07-13 |
2017-07-13 |
2017-07-12 |
2017-07-12 |
2017-07-12 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved