• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Filmlər


"BİZ 50 MİLYONLUQ XALQIQ"
2006-03-16 | 19:43 |

 

Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsi  Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.Odur ki,bu sahədə qazanılan ugurlar və qarşıda duran vəzifələr vaxt aşırı ümumilikdə müzakirə olunmalıdır.Bu məqsədlə Prezident İlham   Əliyevin sərəncamı ilə 2006-cı ilin mart ayında Bakıda Dünya  azərbaycanlılarının II Qurultayı çağırıldı.Bu Qurultay tarixi məzmunu və  ictimai əhəmiyyətinə görə bir çoxcəhətdən seçilirdi.Birinci fərq  Azərbaycanın müstəqil dövlət olaraq  son illərdə keçirdiyi inkişaf yolu ilə bağlı idi.Əldə olunmuş nailiyyətlər,birlik ideyası və diaspor quruculiğu işinə yeni müstəvidən yanaşmağı tələb edirdi.İlk qurultaydan ötən   dövr ərzində Azərbaycan diasporunun fəaliyyəti nəzərə çarpacaq dərəcədə güclənmişdir.Soydaşlarımızın təşkilatlanması prosesi  yekunlaşırdı.Müxtəlif qurumların ,mərkəzlərin,cəmiyyətlərin işinə   gənclər daha çox cəlb olunmağa başlamışdır.Bu,ilk növbədə yeni  nəslin tarixi vətənlərinə marağının artması,onlarda vətənpərvərlik ruhunun yüksəlməsi ilə əlaqədar idi.Azərbaycanın güclənməsi,qüdrətlənməsi,dünya dövlətləri arasında öz layiqli yerini tutması soydaşlarımızı həm sevindirdi,həmdə onlara mənəvi dayaq kimi yaşadıqları mühitdə mövqelərini möhkəmlədirdi. Dünya azərbaycanlılarının II Qurultayı diaspor təşkilatlarının fəaliyyətində tamamilə yeni bir mərhələni müəyyənləşdirdi.Bu foruma 49 ölkədən 593 nümayəndə,eləcədə çoxsaylı qonaqlar dəvət olunmuşdur.Onların arasında tanınmış elm-mədəniyyət  xadimləri,dövlət və hökümət təmsilçiləri vardı.Bütün bunlar tədbirin artan ictimai-siyasi əhəmiyyətinin göstəricisi idi.Qurultaydakı parlaq nitqində  Prezident İlham Əliyevin tarixə həkk olan bir ifadəsi sürəkli   alqışlarla qarşılandı:"Azərbaycan xalqı böyük xalqdır.Biz 50 milyonuq.Bu,dünya miqyasında böyük xalqdır.Bizim hamımızın bir vətəni var-Azərbaycan.Çalışmalıyıq ki,doğma vətənimizi möhkəmləndirək,zənginləşdirək,qüdrətli dövlətə çevirək."
"BİZ 50 MİLYONLUQ XALQIQ" sənədli filmi Dünya 
azərbaycanlılarının II Qurultayının işindən bəhs edir.      




2009-05-23 |
2009-05-23 |
2008-05-23 |
2007-05-23 |
2006-03-16 |
2005-05-23 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved