• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Müsahibələr


Pyer Tilloy: "Azərbaycan musiqisi fərqli fenomendir."
2013-04-03 | 16:56 |

Pyer Tilloy:
Pyer Tilloy musiqi ruhunu Azərbaycanda dolaşdırmağı sevən və bundan son dərəcə böyük zövq alan fransız bəstəkarıdır. Lakin onu Azərbaycana bağlayan yalnız ulu muğamımız, xalq mahnılarımız deyil, həm də qədim mədəniyyətimiz, şərəfli və nisgilli tariximizdir... Səhifələrinə qara hərflərlə Xocalı soyqırımı yazılmış tariximiz… Bu faciədən təsirlənən və  Azərbaycan xalqının dərdinə biganə qala biməyən fransız bəstəkar öz hisslərini «Xocalı 613» əsəri ilə musiqiyə çevirib.
 
“Xocalıya ədalət” istəyən Pyer Tilloy kimdir? 1970-ci ildə Fransanın Nansi şəhərində dünyaya gələn Pyer Tilloy Lüksemburq Konservatoriyası və  Zaltsburq Motsart Milli Akademiyasında musiqi təhsili alıb. Pyer Tilloy bir çox beynəlxalq müsabiqələrin finalçısıdır. O, Ümumi Musiqi Müsabiqəsinin, F.F.E.M, Berlin Guardini Fondunun "Olivye Messiane" Beynəllxalq Mükafatının laureatı adını qazanıb. Bəstəkarın 5-ci simfoniyası və 5-ci kvarteti nüfuzlu Rokfeller Nyu-York Fondunun laureatı olub. Pyer Tiloy həmçinin "Hamlet və ya qətl günləri", uşaqlar üçün "Romalı dost", "Arıların yolu" operalarının müəllifidir. Bununla yanaşı, fransız Pyer Tilloy müxtəlif dirijor və tanınmış ifaçılar tərəfindən improvizə edilən 200-ə yaxın əsərin müəllifi, Ovni və Kord ansambların banisidir. 
 
- Müsyö Pyer, Azərbaycana, xüsusən onun musiqisinə marağınız necə başladı? 
 
- On iki il bundan əvvəl Fransanın Azərbaycandakı Səfirliyinin keçirdiyi bir tədbirin təşkilində iştirak etdim. Əslində işlər bir ay sürməli idi, amma üç ay Bakıda qalası oldum. Elə o zaman da Azərbaycan musiqisi və mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti yarandı. Sözsüz ki, bu mədəniyyətə ilk baxışdan vuruldum. Mənim fikrimcə, mədəniyyət insanlar deməkdir. Bakıda olduğum müddətdə çox şəxsiyyətlər, bəstəkarlar, aktyor və musiqiçilərlə görüşdüm. Onların kübarlığı məni tamamilə heyran etdi və beləcə Azərbaycan mənim ürəyimdə məskan saldı. 
 
- Siz ötən ilin sonunda Bakıda Beynəlxalq Muğam Mərkəzində muğam ifaçılarımızla birlikdə konsert proqramı ilə çıxış etmisiniz. Konsertlə bağlı təəssüratlarınızı bilmək istərdik.
 
- Bəli, ötən ilin dekabr ayında Muğam Mərkəzində keçirilən konsert mən deyərdim ki, unudulmaz bir macəra idi. 2012-ci ilin aprel ayında axşamların birində dostum, pianoçu Murad Hüseynovla çay süfrəsi arxasında oturarkən bu layihənin ideyası yarandı. Mən Azərbaycan milli musiqisi və "savant" üslubunda yazılan əsəri sintez etməyi təklif etdim. Fransanın Azərbaycandakı Səfirliyinin o vaxtkı mədəniyyət üzrə məsləhətçisi Hugues Baltzinger də bu layihəni təsdiqlədi. Beləliklə, Muğam Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə konsertimiz baş tutdu. Konsert zamanı tamaşaçıların reaksiyası məni çox həyəcanlandırmışdı. Sanki nə isə sehirli bir şey baş verirdi... Məni xoşbəxt edən mədəniyyətlərin məhz bu cur, musiqi dilində vəhdətinin uğurlu sonluğu idi. 
 
- Ümumiyyətlə, Azərbaycan musiqisi, muğam sizin üçün nə deməkdir?
 
- Azərbaycan musiqisi fərqli bir fenomendir. Ənənəvi və klassik musiqi üzərində qurulan «savant» adlı milli musiqili komposiziya məktəbi mövcuddur. Coğrafi baxımdan kiçik bir ölkədə orientalizmdən uzaq çox təsirli şərq musiqisi vardır. Azərbaycan musiqisi - istər klassik olsun, istərsə də ənənəvi - dünyada mənşəyini inkar etməyən, gələcəyə də laqeyd olmayan bir musiqi modelidir. 
 
- Siz Xocalı Soyqırımına həsr olunmuş “Xocalı 613” əsərinizin Parisdə, Londonda təqdimatını keçirmisiniz. İstərdik əsərin yaranması barədə söz açasınız. İşgəncələrlə öldürülən dinc əhalinin iztirablarını musiqi dilinə çevirmək sizə çətin gəlmədi ki?
 
- «Xocalı 613» əsəri həyatımda çox böyük məna kəsb edir. Hansısa bir ölkədə müəyyən müddət yaşamaq və onun yaralarına biganə qalmaq mümkün deyil. Sizə əsərin giriş hissəsini təqdim edirəm və məncə, burada niyyətim, təəssüratlarım açıq şəkildə əks olunub:
 
 «Xocalı qətliamı Azərbaycan xalqının yaddaşına yüzlərlə insanın qaranlıq və məkrli münaqişədə öldürülmüş dəhşətli hadisə kimi həkk olunub. Bu, vulqar pafosdan uzaq olan, yaddaş adlandırılan mexanizm unudulmaqdan qorunmaq üçün insan mənəviyyatının özünəməxsus əbədi gözətcisidir. Bu «yaddaş» siyasi və ya digər tələblərin kontekstindən kənar mühüm bir faktı, vacib və ya qeyri-vacib bir dramı, müşkül mərhələni, onları ürəyinin dərinliyinə qədər yaralayan bir hadisəni gündəmə gətirmək iqtidarındadır. 
«Xocalı 613» əsərimi 1992- ci il  fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın kiçik bir şəhəri Xocalıda amansızlıqla törədilmiş 613 nəfərin qətlini, o dəhşətli gecədə itkin düşən, fiziki və  mənəvi işgəncəyə məruz qalan, hər şeyini itirən insanların xatirəsinə ithaf etmişəm. Ümüd edirəm ki, bu faciənin tanınması onlara bir az da olsa onlarını agrısını azalda bilər…» 
 
     Pyer Tilloy
    "Xocalı 613" əsərinə giriş 
 
- Yeri gəlmişkən, Xocalı Soyqırımınin 21-ci ildönümü günü Fransa Assambleyasının binasında Azərbaycanın Fransada fəaliyyət göstərən diaspor fəalları vəhşicəsinə döyülüb. İstərdik, bu barədə münasibəztinizi bildirəsiniz. 
 
- Bu cür təcavüz absurd və ağlasığmazdır. Heç bir vasitə bu hərəkətə  haqq qazandıra bilməz. Milli Assambleyanın divarları içərisində baş verən bu hadisə onun törədənlərin düşünülməmiş addımdır. Ən acınacaqlısı isə odur ki, bu funtamentalistlər ölkənin imicini sarsıdır və etnik nifrətin yaranmasına səbəb olur.  Zənnimcə, bu gün sülhün bərqərar olmasına ehtiyac duyulur. Mədəniyyət dünyada sülhün ən böyük səfiridir və sülhsüz gələcəyi qurmaq qeyri-mümkündür! Təbii ki, başqa yerlərdə olduğu kimi burada da  problemlər yaşanır.
 
- Sirr deyilsə, Azərbaycanla bağlı gələcək planlarınız nədən ibarətdir?
 
- Mənim Azərbaycanla bağlı layihələrim çoxdur, amma hələ ki, sirr olaraq qalsın deyə şərqsayağı cavab verəcəm: «Yaşayarıq görərik, İnshAllah!»
 
 
 
 
Ülviyyə Heydərova
Fransız dilindən tərcümə Nigar Gərayzadə
 
 
 
  




2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved