• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Müsahibələr


Əli Muradov: "Azərbaycan bayrağını getdiyim ölkələrdə həmişə nümayis etdirirəm"
2013-04-23 | 16:15 |

Əli Muradov:

Əli Muradov 2001-ci ildə Rusiyanın Novosibirski şəhərində dünyaya gəlib. O, XXI əsr- mobil texnologiya erasında göz açsa da, hələ uşaq yaşlarından klassik musiqini sevib, seçib və bu yolu sonadək davam etdirmək niyyətindədir. Skripka və vokal üzrə təhsil alan 12 yaşlı Əlinin artıq indidən uğurlarının sayı-hesabı yoxdur: 2009-cu ildə Novosibirskidə gənc skripkaçıların açıq müsabiqəsində 1-ci yerin, 2010-cu ildə Sankt-Peterburqda «Peterburqskaya Vesna» beynəlxalq müsabiqədə 3 nominasiya üzrə 1-ci yerin, 2010-cu ildə Novosibirskidə «İstedad sorağında» müsabiqənin qalibi, 2011-ci ildə Moskvada «Roza Vetrov» beynəlxalq müsabiqənin qalibi, 2012-ci ildə «Planet of Talants» beynəlxalq müsabiqənin vokal və skripka üzrə 1-ci yerin qalibi, 2012-ci ildə Barselonada keçirilən beynəlxalq müsabiqənin öz yaşıdları arasında 1-ci yerin qalibi… Onun mükafatları fasiləsiz olaraq artmaq üzrədir. Çünki Əli səsi, ifası üzərində gecə-gündüz çalışır. Gəlin, onunla daha yaxından tanış olaq!

 

Əli, skripka və vokalla necə yola gedirsən? Skripka səsinə, səsin skripkaya mane olmur ki?

-        Vokal və skripka musiqinin ayrı-ayrı sahələri olsa da, onları bir-birinə elə musiqi notları bağlıyır. Ona görə də mən həm vokalı, həm də skripkanı çox sevirəm. Hələ ki, çox gözəl yola gedirik. Hətta vokal şöbəsində təhsil aldığım üçün skripkada ifa etdiyim əsərləri oxuya bilirəm. Bu mənə çox kömək edir. Eləcə də oxumaq istədiyim hər hansı klassik əsərlərin melodiyasını əvvəlcə skripkada ifa edərək öyrənirəm. Düzdür, bu, vaxt baxımından hərdən çətinliklər yaradır. Məsələn, elə beynəlxalq müsabiqələr var ki, orada hər iki nominasiyada iştirak etməli oluram. Hər iki sahə üzrə çoxlu məşq etmək lazım gəlir…

 

Musiqiyə bu cür bağlılığa səbəb nədir?

- Səbəbi heç cür izah edə bilmərəm. Sadəcə, deyə bilərəm ki, musiqini çox sevirəm. Bu sahəyə həddindən artıq bağlıyam.

 

Kimlər sənə sənət yolunda yaşıl işığı yandırıb?

-        İlk növbədə valideynlərim musiqi sahəsində mənə hər cür şərait yaradıblar. Sonra təbii ki, müəllimlərim dəstək olublar. Öyrəndiyim hər şeyə görə onlara borcluyam.

 

Sən hətta Azərbaycanın məşhur vokal ifaçıları Fidan və Xuraman Qasımova bacıları ilə eyni səhnəni paylaşmısan. İstərdik bu barədə söz açasan. Daha hansı sənətkarlarla çalışmısan?

-        Bəli, opera sənətçiləri Fidan və Xuraman Qasımova bacılarının solo konsertində çıxış etmişəm. Onlarla konsertdən çox öncə yay aylarında görüşmüşdüm. Mənə konsert barədə danışmışdılar. Dərslərimi davam etdirmək üçün sentyabrda yenidən Novosibirskiyə qayıtmalı oldum. Dekabr ayında heç gözləmədim halda Fidan xanım telefon açıb, məni konsertlərinə dəvət etdi. İnanın ki, sevincimin həddi-hüdudu yox idi. Çünki opera divaları ilə eyni səhnədə oxuyacaqdım. Orkestrin dirijoru isə maestro Rauf Abdullayev idi. Həmçinin, ötən yay xalq artisti, Opera və Balet Teatrının solisti Samir Cəfərovla birlikdə klip çəkilişimiz olub. Biz Rauf Hacıyevin bəstələdiyi «Əziz səhər» mahnısını birgə ifa etmişik. Sözsüz ki, belə sənətçilərlə calışmaq məni daha da çox həvəsləndirir.

 

Bilirik ki, sən Novosibirskdə fəal məktəblilərdən birisən. Orda sənətini, özünü nəcə qiymətləndirirlər?

-        Çalışıram ki, musiqi ilə yanaşı məktəb dərslərimdə də sinif yoldaşlarımdan geri qalmayım. Çünki konsert proqramlarındakı çıxışlara, müsabiqələrə daha çox vaxt ayırmalı oluram. Buna baxmayaraq, məktəbdə də əla qiymətlərlə oxuyuram. Bu yaxınlarda məktəbdə məni medalçılar qrupuna daxil ediblər. Musiqi fəaliyyətimə görə isə Novosibirsk vilayətinin Qubernatoru tərəfindən «Qubernator təqaüdü»ü alıram. Hətta «Viva Music» Festivalinda hər iki nominasiyada laureat diplomuna layiq görüldüyümə görə xüsüsi təqaüd alıram. Ötən ay isə haqqımda informasiyanı şəhər meri V.F.Qorodetskiy tərəfindən «Qızıl Fond»un kitabına daxil edilib.

 

Maraqlıdır ki, Rusiyada qatıldığın müsabiqələrdə Azərbaycanı, yoxsa Rusiyanı təmsil ədirsən?

- Mən Rusiyada doğulub böyüdüyümə görə musiqi təhsilimi də burada alıram. Beynəlxalq müsabiqələrə qatıldıqda oxuduğum musiqi məktəbi tərəfindən göndərilirəm. Ona görə də hələ ki, Rusiyani təmsil edirəm. Ancaq hansı müsabiqədə iştirak etməyimdən asılı olmayaraq, azərbaycanlı olduğumu hamıya bildirməyə çalışıram. Azərbaycan bayrağını getdiyim ölkələrdə həmişə nümayis etdirirəm. Gələn ay, yəni may ayının sonunda beynəlxalq müsabigəyə qatılıram. Fərhad Bədəlbəylinin «Ave Mariya» əsəri üzərində işləyirəm. Məncə Azərbaycan pianoçusunun bəstələdiyi «Ave Mariya» əsəri münsiflər heyəti tərəfindən maraqla qarşılanacaq. İnşaAllah bu yay Azərbaycana qayıdıram. Həm musiqi, həm də orta məktəb təhsilimi Bakıda davam etdirəcəm. Gələn ildən beynəlxalq müsabiqələrə Azərbaycandan qatılacam və Vətənimi təmsil edəcəm.

 

Novosibirskidə fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələrin varmı? Tədbirlərdə iştirak ədirsənmi?

- Əlbəttə var. Burada diasporun təşkil etdiyi bütün tədbirlərdə, konsert proqramlarında, AMOR-un keçirdiyi millətlərarası festivallarda iştirak edirəm. Çalışıram bütün tədbirlərdə ancaq Azərbaycan dilində oxuyum, skripkada yalnız Azərbaycan bəstəkarlarının əsərlərini ifa edim. Repertuarımda Q.Qarayevin, F.Əmirovun, Z.Bağırovun əsərləri var.

 

Maraqlıdır, gələcəkdə skripkanı, yoxsa vokalı seçəcəksən?

-        Sonadək parallel olaraq hər iki sahədə təhsilimi davam etdirəcəm. Ancaq vokal sənəti skripkadan daha çox mənə yaxındır. Oxumağı çox sevirəm. Mənim üçün klassik musiqi bütün musiqi janrlarından üstündür. Həm Avropa, həm Azərbaycan klassik əsərlərini dinləməkdən və oxumaqdan yorulmuram.

 

Uğurlarının sayı yaşından olduqca çoxdur. Bu, arzularının reallaşması dəməkdir. Bəs, ən böyük arzun nədir?

-        Vokal çox çətin sənətdir. Çətin yolda olduğumu bilirəm. Yaxşı vokalçı olmaq üçün çox çalışmaq lazımdır. Bunun üçün əlimdən gələni edirəm. Ən böyük arzum vokal təhsilimi İtaliyada davam etdirmək və böyük səhnələrdə olmaqdır. Ona görə də italyan dilini indidən öyrənirəm ki, təhsilimi davam etdirəndə bu mənə çətin gəlməsin.

 

Sənə uğurlar!

-Təşəkkür ədirəm!

 

Ülviyyə Heydərova

 

 

                          

 

 

 

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved