• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Müsahibələr


İsmayıl Seragəldin: "Azərbaycan yüksək dinamizmlə inkişaf edir"
2013-05-23 | 17:54 |

İsmayıl Seragəldin:

 Əgər İsgəndəriyyə Kitabxanasını qəsdən yandırmasaydılar şübhə yoxdur ki, vüqarlı sözlərlə təsvir olunan «kitab qalası» eranı, əsrləri geridə qoyardı. İnsan beyninin qərarını heç bir güclü əl saxlaya bilmədiyindən möhtəşəm kitabxana da əfsanəyə çevrilməyə məcbur qaldı. Amma misirlilər bəşəriyyət tarixinə, mədəniyyətinə həmişə sinə gərməyi bacarıblar. Odur ki, İsdəndəriyyə Kibabxanası 2002-ci ildən öz tarixi yerindəcə yeni üslübda, müasir binada fəaliyyətini uğurla davam etdirir. Eradan əvvəl olduğu kimi bu gün də o nəinki dünyanın aparıcı kitabxanalarından biridir, eyni zamanda böyük bir mədəniyyət mərkəzidir.

 

Kitabxana müasir dövrdə bir də ona görə nüfuzludur ki, oraya dünyaca tanınmış alim İsmayıl Seragəldin rəhbərlik edir. İsmayıl Seragəldinin tərcümeyi halında elmi titullarının, mükafatlarının sayı-hesabı olmasa da onun 60-a yaxın kitabı və monoqrafiyası, biotexnika, kənd təsərrüfatının inkişafı və elmin cəmiyyətə faydası mövzusunda 200-dən çox essesi müxtəlif dillərdə çap edilib. O, mühəndislik üzrə Qahirə Universitetini bitirib, Harvard Universitetində isə magistratura və doktorantura pilləsinə yüksəlib. Məşhur alim Azərbaycan da daxil olmaqla onlarla ölkənin universitetlərinin fəxri doktorudur.

      

İsmayıl Seragəldinlə Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda görüşdük. Məlum olduğu kimi Forumun təşkilatçılarından biri də İsgəndəriyyə Kitabxanasıdır. Odur ki, tanınmış alimə verdiyim ilk sual da məhz bununla bağlı oldu:  

 

 - I Cənubi Qafqaz Forumunun əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

 

- Bir sıra sabiq prezidentlərin, baş nazirlərin və mötəbər şəxslərin bu cür Forumda yığışması çox təqdirəlayiq bir məqamdır. Çoxsaylı uzaqgörən insanların zəngin təcrübəsini gələcəkdə xoşməramlı bir məqsədin təşviq edilməsi üçün istifadə edə bilərik. Həmin xoşniyyətli məqsəd plüralizm, müştərək cəmiyyət və sülhdür. Bu tədbir, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin dəyərlərini, ideyalarını yaşatmağa çalışır. Bildiyimiz kimi, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi 92 sabiq prezident və baş naziri bir araya gətirən Madrid Klubu ilə əməkdaşlıq edir. Hər iki qurum Forumun təşkilatçılarıdır. Tədbir olduqca mühüm əhəmiyyət kəsb edir. Güman edirik ki, Forum iştirakçılarının paylaşdığı təcrübə həm Azərbaycan, həm də bütövlükdə region əhalisi, eləcə də Gürcüstan üçün öz nəticəsini verə bilər. Sözsüz ki, gələcəkdə hər birimiz bu bölgədə sülhü, bərabərliyi təmin etmək üçün əlimizdən gələni edəcəyik. 

 

- Sizin kimi dünya şöhrətli bir alimin dahi Nizami Gəncəvi haqqında fikirlərini eşitmək hər bir azərbaycanlı üçün çox maraqlıdır…

 

- Zənnimcə, Nizami Gəncəvi zəmanəsinin ən görkəmli şəxsiyyətlərindən biri olub. Nizami haqqında Gəncə Universitetində məruzə ilə çıxış etmişəm, onun poemaları, fəlsəfi görüşləri, həyatı haqqında ətraflı bəhs etmişəm. Nizaminin əsərlərində onun qadına müsbət və həddindən artıq konstruktiv münasibətini xüsusi vurğulamaq istərdim. Şübhəsiz, Nizami sülhsevər, tolerant, aydın bir şəxsiyyətdir. O, özünü dünyanın bütün mədəniyyətlərinə tamamilə açaraq dərin bir fəlsəfənin banisi kimi gözəl prinsiplərini gələcək nəsillərə əbədi miras qoyub.

 

- Bilirik ki, Siz Azərbaycanda dəfələrlə olmusunuz. Ölkəmiz, Sizdə necə təəssürat yaradır?

 

- Qeyd etmək istəyirəm ki, son altı-yeddi ildə Azərbaycan yüksək dinamizmlə inkişaf edir: hər yerdə inşaat gedir, yeni binalar, parklar, yeni yaradılan müəssisələr… Eşitdiyimə görə, son illərdə Azərbaycan iqtisadiyyatının ümumdaxili məhsulu 300 faizə qədər artıb. Yəni ölkənin iqtisadiyyatı çiçəklənmə dövrünü yaşayır. Bu isə öz növbəsində uzun sürən sabitlik və sabahın cəmiyyətini qurmaq üçün böyük imkanlar deməkdir. Azərbaycan 1918-ci ildə demokratik konstitusiya sistemini tətbiq edən və elə həmin ildə qadınları səsvermə hüququ ilə təmin edən ilk ölkələrdən biri olub. Əfsuslar olsun ki, 1920-ci ildə - ölkədə sovet hakimiyyəti bərqərar olduqdan sonra Azərbaycan bütün bunlardan məhrum olub. Hazırda Azərbaycan özünü tapmağa və öz gələcəyini yenidən qurmağa çalışır. Amma bu, regional əməkdaşlıq tələb edən bir məsələdir. Məhz bu ideya I Cənubi Qafqaz Forumunda müzakirə etdiyimiz "müştərək cəmiyyət" layihəsinin məğzini təşkil edir. Çox sevindirici haldır ki, Azərbaycan hökuməti bu məsələni Madrid Klubunun üzvləri kimi məşhur və təcrübəli şəxslərlə müzakirəyə çıxarmağı üstün tutub.  

 

- Rəhbərlik etdiyiniz İsgəndəriyyə Kitabxanası ilə Azərbaycan arasında əməkdaşlığa dair hansı planlar var?

 

- Bəli, üzərində çalışdığımız bir çox layihələr mövcuddur. Qeyd edim ki, mən Dünya Rəqəmsal Kitabxanasının direktoruyam və Azərbaycan həm Rəqamsal Kitabxanın, həm də İsgəndəriyyə Kitabxanasının üzvüdür. Elə layihələrdən biri də rəqəmsal materiallarla bağlı olan yeni ideyaları inkişaf etdirməkdir. Bura əsasən Nizami Mərkəzinə aid olan spesifik materiallar daxildir. Bundan əlavə, mədəniyyətlərin təqdimatı layihəsi mövcuddur. Hazırda üzərində işlədiyimiz bu layihə 2014-cü ildə Gəncədə bitəcək. Bizim, həmçinin dünya liderlərinin mədəniyyətlərarası dialoqa dair fikir mübadiləsi və təcrübələrinin, cəmiyyətimizdə plüralizm ideyalarının təşviqi üçün bir çox birgə tədbirlərimiz nəzərdə tutulur. Ümid edirəm ki, İsgəndəriyyə Kitabxanası və Nizami Gəncəvi Mərkəzi ilə yanaşı, ümumiyyətlə, Azərbaycan və Misir bu sahədə mühüm addımlar atacaq. Bax belə, gələcəkdə planlaşdırdığımız layihələr bunlardır.

 

- Və sonda Sizə İsgəndəriyyə Kitabxanası ilə bağlı bir sual vermək istərdim.  Kitabxananın özəlliyi nədədir?

 

- İsgəndəriyyə Kitabxanasında hazırda 1,5 milyon kitab var. İndiki zamanda bütün sahələr kimi kitabxana sistemi də rəqəmsallaşıb, belə ki, bizim bütün internet səhifələrimizi birləşdirən zəngin internet arxivimiz var. Bu, hələ çox yenidir – cəmi on iki il əvvəl bu istiqamətdə fəaliyyətə başlamışıq. Bizim milyardlarla internet səhifələrimiz mövcuddur. Məsələn, əgər siz Corc Buşun 2000-ci ildəki seçki kampaniyası zamanı çıxışları haqqında hər hansı məlumat axtarırsınızsa, onu heç bir veb-səhifədə tapa bilməyəcəksiz. Amma bizim arxivimizdə bu kampaniya ilə bağlı bütün məlumat və şəkilləri əldə edə bilərsiniz. Çünki bizim xüsusi robotlarımız ildə altı dəfə bütün səhifələrin şəklini çəkərək arxivləşdirir. Bu gözəl imkandır və yaşadığımızın yeni dövrün ayrılmaz bir hissəsi, rəqamsal reallıqdır.

 

 

P.S. 2011-ci ildə Misirdə baş verən inqilab zamanı İsgəndəriyyə əhalisi kitabxananı yandırmaq istəyən qarətçilərdən qorumaq üçün əl-ələ verib canlı səd yaratmışdılar...     

 

 

Ülviyyə Heydərova

İngilis dilindən tərcümə:

Nigar Gərayzadə

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved